Siyasət
Pleyeri seçin:

Məsuliyyəti Ermənistan və Makron diktaturası daşıyacaq | Azərbaycan MN

18 iyun 2024

Azərbaycan tərəfinin xəbərdarlığına baxmayaraq, Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.

Azərbaycan Müdafiə Nazirliyinin Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə müqavilənin imzalanmasına dair bəyanatında belə deyilir.

Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.

"Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Emmanuel Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına mane olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.

Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur”, – deyə bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi var:

“Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması E.Makron rejiminin əsl mahiyyətinin göstəricisidir.

Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır”.

Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və E.Makron diktaturası daşıyacaq.

Paşinyanın KTMT-ni tərk etməməsinin əsas səbəbləri | Ekspertlərdən açıqlama

Paşinyanın KTMT-ni tərk etməməsinin əsas səbəbləri | Ekspertlərdən açıqlama

Siyasət
20 sentyabr 2024
Azərbaycana casusluqda ittiham edilən Qalstyanın növbəti məhkəmə prosesi

Azərbaycana casusluqda ittiham edilən Qalstyanın növbəti məhkəmə prosesi

Siyasət
20 sentyabr 2024
“Əsrin müqaviləsi” Azərbaycana nə qazandırdı? - BAKU AKTUAL

“Əsrin müqaviləsi” Azərbaycana nə qazandırdı? - BAKU AKTUAL

Siyasət
20 sentyabr 2024
Rusiyalı politoloq Azərbaycan və Ermənistanın sülh sazişindən danışdı | Qalmaqallı açıqlama

Rusiyalı politoloq Azərbaycan və Ermənistanın sülh sazişindən danışdı | Qalmaqallı açıqlama

Siyasət
20 sentyabr 2024
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonrakı açılışında

İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonrakı açılışında

Siyasət
20 sentyabr 2024
“Zəngibasar Qərbi Azərbaycanda ən qanlı-qadalı illərin episentri olub” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Zəngibasar Qərbi Azərbaycanda ən qanlı-qadalı illərin episentri olub” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 sentyabr 2024
"Əsrin müqaviləsi" barədə deyilməyən faktlar | Qətllər, hədə və nəticə... - AYDIN TARİX

"Əsrin müqaviləsi" barədə deyilməyən faktlar | Qətllər, hədə və nəticə... - AYDIN TARİX

Siyasət
20 sentyabr 2024
Qərbi Azərbaycan İcması ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı

Qərbi Azərbaycan İcması ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı

Siyasət
20 sentyabr 2024
İlham Əliyev Qarabağ Universitetinin bu tarixdə açılmasının səbəblərindən danışdı

İlham Əliyev Qarabağ Universitetinin bu tarixdə açılmasının səbəblərindən danışdı

Siyasət
20 sentyabr 2024
Həyatımın ən gözəl anı... | Prezident təqaüdçüsü “Əsrin müqaviləsi”nin vacibliyindən danışdı

Həyatımın ən gözəl anı... | Prezident təqaüdçüsü “Əsrin müqaviləsi”nin vacibliyindən danışdı

Siyasət
20 sentyabr 2024
Seçilmişlər
icon