Pleyeri seçin:

Paşinyan Rusiya ilə münasibətləri niyə pozdu? | Ermənipərəst politoloq

23 fevral 2024 354 baxış

“Münxen Konfransı Nikol Paşinyanın Rusiyadakı reputasiyasına və İrəvanla Moskva arasında münasibətlərin erkən pozulma ehtimalına yeni heç nə əlavə etmədi. Bu qaçılmazdır və bunun üçün yeni səbəblərə ehtiyac yoxdur”.

Bunu rusiyalı ermənipərəst politoloq Modest Kolerov deyib.

“N.Paşinyan Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığını dedi və bu, çoxdanın məlum xəbəridir. İrəvandan başqa hamı artıq başa düşüb ki, Nikol Rusiya ilə münasibətləri pozub. Növbəti addım KTMT-dən çıxmaq və Rusiya bazasının Ermənistandan çıxarılması olacaq. İlk addım KTMT sessiyasının Ermənistandan kənarda keçirilməsi təşəbbüsü oldu”, – deyə o bildirib.

İlham Əliyevin də analoji bəyanatla çıxış edərək Ukraynanın ərazi bütövlüyünü tanıdığını deməsinə gəlincə isə M.Kolerov vurğulayıb ki, Çin də oxşar bəyanatlar verir:

“Amma bunu bacaran ölkələr də var, bacarmayanlar da. Belə bəyanatları Çin verə bilər, Ermənistan yox. Azərbaycanla bağlı fikirlər fərqlidir. Son iki ildə Bakı və İrəvandan bizim müharibə ilə bağlı belə bəyanatlar praktiki olaraq sıfıra endirilib. Hətta Çinin nəzakətli neytrallığı belə vəziyyətə təsir edə bilməz.

Rusiya Bakı ilə münasibətləri kəsməyə hazır deyil, çünki bizim Bakı ilə ümumi sərhədimiz var, Ermənistanla isə ümumi sərhədimiz yoxdur. İ.Əliyevin bütün bu Qərb platformalarını rədd etdikdən sonra Münxenə getməsini onun manevri kimi görürəm. O, heç vaxt Qərblə kəskin qırılma nöqtəsinə getməyəcək. Azərbaycan Rusiyanın müttəfiqi olmayacaq. Bakı NATO üzvü olan Türkiyənin müttəfiqidir”.

Rusiyalı politoloq bir daha qeyd edib ki, Ermənistan Rusiyanı birdəfəlik tərk edib: “Hələ də texniki problemlər var, ancaq Ermənistan geri qayıtmayacaq”.

ABŞ Ermənistana 100-dən artıq "Starlink" terminalı verdi: Regionda yeni mərhələ başlayır?

ABŞ Ermənistana 100-dən artıq "Starlink" terminalı verdi: Regionda yeni mərhələ başlayır?

Siyasət
17 fevral 2026 354 baxış
"44 günlük müharibə Ermənistan və Azərbaycan arasında qeyri-bərabərliyi üzə çıxardı"

"44 günlük müharibə Ermənistan və Azərbaycan arasında qeyri-bərabərliyi üzə çıxardı"

Siyasət
17 fevral 2026 354 baxış
Nüvə danışıqları ərəfəsində 7 lider İranla niyə dialoq apardı? | BİZDƏN NƏ DANIŞIRLAR?

Nüvə danışıqları ərəfəsində 7 lider İranla niyə dialoq apardı? | BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
16 fevral 2026 354 baxış
"V-BAT"lər Ermənistana üstünlük qazandıracaq, yoxsa daha bir ölkə ilə gərginlik? - HƏRBİ XRONİKA

"V-BAT"lər Ermənistana üstünlük qazandıracaq, yoxsa daha bir ölkə ilə gərginlik? - HƏRBİ XRONİKA

Siyasət
16 fevral 2026 354 baxış
İlham Əliyevin sosial media hesablarında Serbiyaya rəsmi səfərlə bağlı video paylaşılıb - Baku TV

İlham Əliyevin sosial media hesablarında Serbiyaya rəsmi səfərlə bağlı video paylaşılıb - Baku TV

Siyasət
16 fevral 2026 354 baxış
Qərbi Azərbaycanla bağlı xüsusi komissiya yaradıldı: "Tarixi gerçəkləri çatdırmaq üçün..." - Baku TV

Qərbi Azərbaycanla bağlı xüsusi komissiya yaradıldı: "Tarixi gerçəkləri çatdırmaq üçün..." - Baku TV

Siyasət
16 fevral 2026 354 baxış
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - Baku TV

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - Baku TV

Siyasət
16 fevral 2026 354 baxış
Azərbaycanla Serbiya arasında enerji, siyasət və strateji ittifaqın yeni mərhələsi - Baku TV

Azərbaycanla Serbiya arasında enerji, siyasət və strateji ittifaqın yeni mərhələsi - Baku TV

Siyasət
16 fevral 2026 354 baxış
Fransa Azərbaycana qarşı hansı səhvləri edib? - Müsahibədə diqqətçəkən mesajlar - Baku TV

Fransa Azərbaycana qarşı hansı səhvləri edib? - Müsahibədə diqqətçəkən mesajlar - Baku TV

Siyasət
16 fevral 2026 354 baxış
“Energetika sahəsində əlaqələrimiz çoxşaxəli formatda inkişaf edir” | Prezident

“Energetika sahəsində əlaqələrimiz çoxşaxəli formatda inkişaf edir” | Prezident

Siyasət
16 fevral 2026 354 baxış
Seçilmişlər
icon