Pezeşkian sükutu pozdu! - Azərbaycanla bağlı hansı mesajları verdi?
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan ilə ikitərəfli münasibətlərin genişləndirilməsini ölkəsinin xarici siyasətində mütləq prioritet elan edib. Tehranda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə keçirilən görüşdə dövlət başçısı ölkələrarası dostluq və tərəfdaşlığa mane olmağa çalışan kənar qüvvələrin cəhdlərinin uğursuzluğa məhkum olduğunu vurğulayıb. Baku TV-nin süjetində Pezeşkianın iqtisadi, siyasi və strateji sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyi, həmçinin regional təhlükəsizlik məsələlərinə dair verdiyi mühüm mesajlar geniş təhlil olunur. İki qonşu dövlət arasında qarşılıqlı etimadın yeni mərhələsi və gələcək birgə layihələrin perspektivləri barədə bütün detallar bu xüsusi xəbərdə təqdim edilir.
#İran teqi istifadə olunub
- İranın şərti Trampın səbrini daşırdı | İstanbul görüşü yerinə savaşa hazırlıq gedir? - Baku TV
- İran yayılan xəbərləri təkzib etdi
- Trampdan xəbərdarlıq | ABŞ-İran gərginliyi necə olacaq? - Baku TV
- İsrail Vaşinqton-Tehran danışıqlarının gedişatından narahatdır - Baku TV
- İsrailin İranla bağlı qırmızı xətləri açıqlandı
