Qarabağa səfəriniz Azərbaycan xalqını məmnun edir | İlham Əliyev
“Əminəm ki, sizin səfəriniz ölkələrimiz arasındakı qardaşlıq, dostluq əlaqələrinə yeni təkan verəcək”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşündə deyib.
“Biz sizinlə həm Azərbaycanda, həm də Birləşmiş Ərəb Əmirliklərində tez-tez görüşürük. Siz keçən il iki dəfə Azərbaycana səfər etmisiniz. Bu il bir neçə ay bundan əvvəl mən sizin ölkənizə səfər etmişəm. Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu bizi, bütün Azərbaycan xalqını çox məmnun edir.
Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir”, – deyə dövlət başçısı bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü - Baku TV
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
- Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi - Baku TV
- Donald Tramp İlham Əliyevə davamlı dəstəyinə görə təşəkkür edib - Baku TV
- BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərləri Prezidentin qəbulunda - Baku TV
