Pleyeri seçin:

Qarabağda təxribat törətmək istəyən separatçıya sərt sözlər

08 avqust 2023 505 baxış

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının şərti sərhəddə ermənilərin keçirməyə hazırlaşdıqları etiraz aksiyasında separatçıları müşayiət etmək və təhlükəsizliklərini təmin etməkdən rəsmən boyun qaçırması onları qəzəbləndirib.

Belə ki, sülhməramlı kontingentin baş komandanının müavini polkovnik Sazonovun imzası ilə yazılan məktubda bildirilib: “İstinad etdiyiniz müxtəlif informasiya resurslarında KİV-lər tərəfindən yayılan xəbərlər regiondakı real vəziyyəti əks etdirmir. Sülhməramlı və Rusiya Federasiyasının Qarabağ məsələsində rəsmi mövqeyinə qarşı təxribat xarakteri daşıyır”.

Bu rədd cavabını həzm etməyən separatçıların nümayəndəsi Artur Osipyan isə deyib: “Əgər ruslar bizi rədd etdilərsə, o zaman biz özümüz Həkəri körpüsünə getməyə hazırıq”.

Baş verənlərin məntiqinə aydınlıq gətirən erməni fəal İşxan Verdyan Artur Osipyanı axmaq adlandırıb: “Düzünü desəm, bu insanın davranışı heç bir məntiqə sığmır. Hazırkı vəziyyətdə Azərbaycanın ərazisində olduğu halda Azərbaycan rəsmi dairələrinə qarşı nifrət şüarları səsləndirməsi, oradakı erməniləri ayağa qaldırmağa çalışması, siyasi manipulyasiya aparması çox qəribədir.

Düşünürəm ki, axmaqdır. Dərk etmir ki, aqibəti necə ola bilər. Çünki Azərbaycan bu məsələlərə ciddi yanaşır və o, bundan qorxmursa, demək ya axmaqdır, ya da kiməsə arxalanır və hesab edir ki, kimlərinsə köməyi ilə Qarabağdan məsuliyyət daşımadan çıxa biləcək. Bu insanın hərəkətlərini başa düşmək mümkün deyil. Bu gedişlə o, özünə qəsd edəcək”.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 505 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 505 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 505 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 505 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 505 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 505 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 505 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 505 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 505 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 505 baxış
Seçilmişlər
icon