Siyasət
Pleyeri seçin:

Rəsmi Parisin fransız agentin həbsi ilə bağlı iddialarına cavab

10 yanvar 2024

Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlamasına belə reaksiya verib.

Bildirib ki, Fransa vətəndaşı Martin Rian dekabrın 4-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində casusluq nəzərdə tutulan əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, Azərbaycan tərəfi Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib.

Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar.

Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər.

Rəsmi Bakı bir daha Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırır.

"Paşinyan ermənistan siyasətində ən ağıllı adamdır" | BAKU ANALİTİK

"Paşinyan ermənistan siyasətində ən ağıllı adamdır" | BAKU ANALİTİK

Siyasət
09 may 2024
Ermənistana kənardan müdaxilələr olmasa, sülh sazişi imzalana bilər | Millət vəkilindən açıqlama

Ermənistana kənardan müdaxilələr olmasa, sülh sazişi imzalana bilər | Millət vəkilindən açıqlama

Siyasət
09 may 2024
Ermənilər özlərinə saxta tarix yaratmaq istəyirlər | Telegram kanallarındakı yalan məlumat

Ermənilər özlərinə saxta tarix yaratmaq istəyirlər | Telegram kanallarındakı yalan məlumat

Siyasət
09 may 2024
Həm Rusiyanın, həm də Qərbin planına görə Zəngəzur dəhlizi reallaşacaq

Həm Rusiyanın, həm də Qərbin planına görə Zəngəzur dəhlizi reallaşacaq

Siyasət
09 may 2024
QAİ Fransanın Ermənistandakı səfirinin destruktiv mövqeyinə qarşı bəyanat yaydı

QAİ Fransanın Ermənistandakı səfirinin destruktiv mövqeyinə qarşı bəyanat yaydı

Siyasət
09 may 2024
Paşinyanın Putindən gözlənilməz xahişi | Peskovdan açıqlama

Paşinyanın Putindən gözlənilməz xahişi | Peskovdan açıqlama

Siyasət
09 may 2024
5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib? | Erməni siyasətçidən açıqlama

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib? | Erməni siyasətçidən açıqlama

Siyasət
09 may 2024
Putin Paşinyanın ipini yığdımı? | Görüş Azərbaycana nə vəd edir?

Putin Paşinyanın ipini yığdımı? | Görüş Azərbaycana nə vəd edir?

Siyasət
09 may 2024
Ermənistandan uydurma Tavuş hərəkatının etirazlarına reaksiya | Qanunsuz hərəkət edənlər…

Ermənistandan uydurma Tavuş hərəkatının etirazlarına reaksiya | Qanunsuz hərəkət edənlər…

Siyasət
09 may 2024
Prezident və birinci xanım Həzi Aslanovun məzarını ziyarət etdi

Prezident və birinci xanım Həzi Aslanovun məzarını ziyarət etdi

Siyasət
09 may 2024
Seçilmişlər
icon