Rusiya Ermənistana qəti şəkildə təzyiq göstərməlidir | Rusiyalı politoloq
Azərbaycan sülh əldə olunması üçün bütün gücünü ortaya qoysa da, Ermənistan ancaq prosesi pozmaqla məşğuldur.
Erməni Baş nazir Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makronla son görüşü də buna misaldır.
Tarix boyu qətliamlar törətmiş iki ölkə liderinin görüşündən sonra o da məlum olub ki, Paris peyk vasitəsilə Azərbaycanla bağlı əldə etdiyi kəşfiyyat məlumatlarını İrəvana ötürəcək. Razılaşmaya görə, siyahıda təkcə ölkəmizin deyil, İran, Rusiya və Türkiyənin də adı var.
Məsələ ilə bağlı Baku TV-yə açıqlama verən Sergey Markov bildirib ki, Ermənistan, NATO, Fransa və Avropa İttifaqı arasında hərbi və xüsusi xidmət orqanlarının əlaqələri möhkəmlənir:
“Əgər N.Paşinyanın açıqladığı və mətbuatda yazılan bu məlumatlar təsdiqini taparsa, bu, Ermənistanın Rusiyanın milli təhlükəsizliyinə təhdid yaratdığına dair açıq siqnaldır. Rəsmi Moskva Ermənistan hakimiyyətinə qəti şəkildə təzyiq göstərməlidir ki, Rusiyaya qarşı düşmənçilik hərəkətləri dayandırılsın. İran da bunu etməlidir. Çünki bu halda Ermənistan İrana da arxadan zərbə vurmuş olur.
Maraqlısı isə budur ki, sözügedən məlumatları yayan saytlar Nikol Paşinyanın ailəsinə məxsus xəbər portallarıdır. Bu o deməkdir ki, yalan məlumat deyil və Ermənistanla Rusiya və İran arasında münasibətlər kəskin şəkildə dəyişəcək. Aydın görünür ki, Azərbaycanla Rusiyanın müttəfiqlik münasibətləri daha da güclənəcək, çünki Ermənistan və Fransa hər ikisinin əleyhinə olan dövlətdir”.
Nikol Paşinyan unutmamalıdır ki, İrəvanın Qərbə yersiz şəkildə istiqamət alması erməni xalqı üçün təhlükələr törədir. Çox da uzağa getmək lazım deyil, 44 gün davam edən və Azərbaycanın qələbə çaldığı İkinci Qarabağ müharibəsini yada salmaq kifayətdir. Ermənistan hakimiyyəti təxribatlarına davam etdiyi halda nə ilə qarşılaşacağına hazır olmalıdır.
#Emmanuel Makron teqi istifadə olunub
- Davosda sensasiya: ABŞ və Fransa liderləri arasında nə yaşanır? - Baku TV CANLI
- Liderlər telefonda nə danışdılar? | "ABŞ İrana hücumu dayandırmalıdır" - Baku TV
- Fransa Prezidentindən açıq mesaj: "İranın hücumları dayandırılmalıdır" - Baku TV CANLI
- Makron İranı region ölkələrinə qarşı hücumları dayandırmağa çağırıb
- "İran nüvə silahına sahib olmayacağına zəmanət verməlidir" - Baku TV
