Siyasət
Pleyeri seçin:

Rusiyanın səbri daşır: Paşinyanın məqsədi nədir?

31 oktyabr 2023

Ermənistan Baş nazirinin anti-Rusiya çıxışları artdıqca iki ölkə arasında gərginlik də artır.

İddia olunur ki, Nikol Paşinyan rəsmi Moskvanın lehinə müvafiq göstərişlər verib.

Dəfələrlə Ermənistanın KTMT-ni tərk edəcəyini bildirən N.Paşinyan indi də Gümrüdəki Rusiya hərbi bazasının ölkədən çıxarılmasından danışıb. Halbuki 2010-cu ildə Rusiyanın hərbi bazasının mövcudluğu barədə müqavilə 2044-cü ilə qədər uzadılıb.

Rəsmi Moskvanın səbir kasasını daşıran son damla isə N.Paşinyanın Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun heç bir fayda vermədiyini bildirməsi olub.

Rusiyalı politoloq İqor Korotçenko isə bildirib ki, Kreml birtərəfli olaraq iki ölkə arasındakı razılaşmaya xitam vermək iqtidarındadır:

“Müşahidə etdiyimiz anti-Rusiya etirazları uzun müddətdir davam edir. N.Paşinyana verilən əsas tapşırığın məqsədi Ermənistanın Rusiya və KTMT ilə əməkdaşlıqdan uzaqlaşıb Qərbə dönüşünü təmin etməkdir. Bu, N.Paşinyanın başçılıq etdiyi hazırkı hakimiyyətin siyasətidir.

Erməni cəmiyyətinin əhəmiyyətli hissəsi artıq Rusiyaya dost və müttəfiq ölkə kimi baxmır. N.Paşinyanın hakimiyyətə gəlməsi də elə əvvəldən Qərbin layihəsi idi. Rusiyanın ermənilər üçün döyüşmək istəməməsi də erməniləri məyus etdi.

Onlar gözləyirdilər ki, Rusiya Qarabağ ərazisində Ermənistanın maraqları uğrunda Azərbaycanla mübarizə aparacaq. Lakin bu baş vermədi, Moskva təmkinli mövqe tutdu. Yalnız son mərhələdə, Ermənistanın müharibəni uduzduğu zaman Rusiya məsələyə əl qoydu və Üçtərəfli Bəyanat imzalandı.

Baş verənlər erməni ictimaiyyətində anti-Rusiya xarakterli emosiyalara səbəb olub. Sonda isə Azərbaycanın həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri ermənilər üçün gözlənilməz oldu. Düşünürdülər ki, Rusiya sülhməramlıları erməni hərbçilərlə birlikdə Azərbaycana qarşı vuruşaraq ölməli idilər.

Bu zaman da Moskva qeyri-konstruktiv mövqe sərgiləmədi. N.Paşinyan və tərəfdaşları bilməlidirlər ki, rəsmi Moskva ermənilərin maraqlarından çıxış edərək beynəlxalq arenada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Qarabağ uğrunda onların əvəzinə vuruşmağı heç vaxt üzərinə götürməyib. Hər kəs bilir ki, Qarabağ Azərbayandır, Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
22 noyabr 2024
"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

Siyasət
22 noyabr 2024
COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon