Pleyeri seçin:

2025-ci ilin yekununda neçə yeni iş yeri açılıb? - Baku TV

01 yanvar 2026 646 baxış

44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bu torpaqların ölkə iqtisadiyyatına inteqrasiyasına imkan yaradıb. Bu baxımdan ötən dövrdə əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzur olub. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri aparılır.

Nəticədə, 2020-ci ildən indiyədək, o cümlədən 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib.

İnfrastrukturun mövcudluğu isə regionda sosial-iqtisadi obyektlərin tikintisinin geniş vüsət almasına şərait yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri, eyni zamanda bu regionda yeni obyektlərin istifadəyə verilməsi ilə yadda qalır.

Təkcə 2025-ci ildə Xankəndi şəhərində “Xankəndi” Biznes Mərkəzi və Konqres Mərkəzi, Ağdam rayonunda Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi, tütün məmulatları istehsalı müəssisəsi, dəmir yolu və avtovağzal kompleksi, Xocalı rayonunda “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, heyvandarlıq kompleksi və kərpic zavodu, Laçın rayonunda tikiş fabriki və ayaqqabı fabriki, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyaları, istirahət kompleksi, Rəqəmsal İdarəetmə Mərkəzi, beynəlxalq hava limanı, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi və digər mühüm obyektlər istifadəyə verilib.

Bununla yanaşı, ölkə başçısının müvafiq Fərmanı ilə azad edilmiş ərazilərdə torpaq idarəçiliyi ilə bağlı işlər 2025-ci ildə də davam etdirilib. Bu çərçivədə bağçılıq və heyvandarlıq istiqamətləri üzrə Xocalı, Xocavənd və Laçın rayonlarında ümumilikdə 4 654 hektar torpaq sahəsi icarə müqavilələri əsasında sahibkarların istifadəsinə verilib.

Nəticədə, işğaldan azad edilmiş rayonlarda 2025-ci ilin yanvar-sentyabr aylarında 170 yeni müəssisə və təşkilat, 2 805 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Hesabat dövründə bu ərazilərdə 1 700 yeni iş yeri yaradılıb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 646 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 646 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 646 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 646 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 646 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 646 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 646 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 646 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 646 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 646 baxış
Seçilmişlər
icon