Atasını itirdi, 6-cı sinifdə “ana” oldu | Qardaşına baxmaq üçün restoranlarda mahnı oxuyan qadın
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki buraxılışının qəhrəmanları serebral iflicdən əziyyət çəkən 30 yaşlı Fazil və həyatını ona həsr edən bacısı Adina olub.
Atasını altıncı sinifdə oxuyarkən itirən Adina o vaxtdan etibarən ailəsinin məsuliyyətini öz üzərinə götürüb.
Onun sözlərinə görə, atasının vəfatından sonra anası ailəni təkbaşına ayaqda saxlamağa çalışıb, özü isə evdə kiçik bacısı və qardaşının qayğısına qalıb. Adina qardaşını tək qoymamaq üçün ailə qurmadığını bildirib:
“Qardaşımla yaşayıram, onunla nəfəs alıram. Mən qardaşıma görə ailə qurmamışam. Ailəmə baxacaq heç kim olmadığı üçün öz həyatımı düşünməmişəm. Yaşadığım müddətcə qardaşıma baxmaq, gücüm və imkanım çatdığı qədər ona hər yeri gəzdirmək istəyirəm”.
Ailəsini dolandırmaq üçün müğənniliklə məşğul olan Adina sosial şəbəkələrdə göründüyü qədər xoşbəxt olmadığını da etiraf edib:
“Sadəcə yalandan gülürəm. Elə görünməyə çalışmaq elə olmaq demək deyil. Mən heç vaxt evə, maşına, var-dövlətə paxıllıq etməmişəm. Sadəcə insanların xoşbəxtliyinə baxıb düşünmüşəm ki, niyə bizim də üzümüz bir dəfə gülmür?”.
#Arzunun vaxtı teqi istifadə olunub
- “Məcbur olub boşandım” | Sosial şəbəkədə fəryad edən iki qız anasının həyat hekayəsi - ARZUNUN VAXTI
- Pakistanlı bəy 19 yaşlı azərbaycanlı qızın ürəyini necə fəth etdi? - ARZUNUN VAXTI
- "25 il həbsdə qalmaq olar?!" | Musiqiçi niyə dəniz kənarında daxmada yaşayır? - ARZUNUN VAXTI
- Uşaq evindən milli yığmaya: 9 yaşında ailəsi onu atdı, indi isə milli yığmamızın futbolçusudur
- "Bundan artıq kişiyə ərə gedəcəkdim?!" | "O mənim üçün ən hündürboylu kişidir" - ARZUNUN VAXTI
