Pleyeri seçin:
Çətin relyefli ərazilərdə xidmət necə aparılır?
“Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları istənilən şəraitdə peşəkar heyəti, gecəgörmə cihazları, dronlar, termal kameralar, eləcə də son nəsil texnoloji vasitələrlə dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirir”.
Bunu “Qazax” Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Babəkar Sərhəd Zastavasında DSX-nin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, baş leytenant Qoşqar Behbudzadə deyib.
“Eyni zamanda bizdə “KS 205” müşahidə sistemləri mövcuddur. Həmin sistemlər vasitəsilə çətin relyefdə sərhəd pozucuları vaxtında aşkar olunur. Dövlət sərhədinin toxunulmazlığı daim nəzarətimizdədir. Sərhədlərimizi etibarlı şəkildə mühafizə və müdafiə edirik”, – o bildirib.
Kopyalandı
#Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
- DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR
- DTX İrana işləyən terrorçuların "başını əzdi" - 24 SAAT
