Pleyeri seçin:

Həşəratları evlərinizdən uzaqlaşdırmağın bilinməyən və sadə yolları

15 may 2025 626 baxış

Yaz və yay aylarında evlərdə qarışqaların artması tez-tez müşahidə olunur. Lakin onların qoxuya qarşı həssaslığını nəzərə alaraq, bəzi ətirli bitkilərdən istifadə etməklə bu narahatlıqdan asan yolla qurtulmaq mümkündür.

"The Mirror" nəşri qarışqaları uzaq tutan ən ekoloji və effektiv üsulları təqdim edib.

Belə ki, reyhan evgenol və linalool kimi güclü efir yağları vasitəsilə qarışqaları uzaqlaşdırır. Reyhanı bağçada yetişdirmək və ya otaqda saxlamaq mümkündür.

Hər iki üsul eyni dərəcədə effektivdir. Otaq şəraitində istifadə üçün qarışqaların tez-tez göründüyü künclərə təzə və ya qurudulmuş reyhan yarpaqları qoymaq tövsiyə olunur. Təsiri artırmaq üçün püskürdücü şüşəyə su və bir neçə damcı reyhan yağı əlavə edin, pambıq toplarını bu məhlulla isladın və həşəratların çox olduğu yerlərə yerləşdirin.

Növbəti bitki lavandadır. Həm gözəl qoxusu, həm də effektiv təsiri ilə lavanda ideal seçimlərdən biridir. Onu saxsı dibçəkdə qapı və pəncərə yaxınlığında saxlamaq məsləhətdir. Əlavə olaraq, lavanda yağından da istifadə etmək mümkündür.

Rozmarin bitkisi də qarışqaların xoşlamadığı kəskin qoxuya malikdir. Təzə rozmarin budaqlarını mətbəx səthlərinə, pəncərə və qapı kənarlarına yerləşdirməklə həşəratların yaxınlaşmasının qarşısını almaq olar.

Qeyd edək ki, bu bitkilər təkcə qarışqaların qarşısını almır, eyni zamanda evi xoş ətirlə təmin edir və estetik görünüş qazandırır.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 626 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 626 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 626 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 626 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 626 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 626 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 626 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 626 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 626 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 626 baxış
Seçilmişlər
icon