Pleyeri seçin:

Peyğəmbərə sərt cavab verən qadına nə deyildi? - Hər kəsə bərabər yanaşmaq niyə ədalətli deyil?

26 noyabr 2026 68 baxış

“Amin” verilişinin yeni buraxılışında ilahiyyatçı, fəlsəfə doktoru Qafqaz Əbdurahmanovla ədalət, zülm, insanın mənəvi keyfiyyətləri və əxlaqi məsuliyyəti müzakirə olunub.

Söhbət zamanı ilahi ədalətin niyə hər zaman dərhal təcəlli etmədiyi, insanın özünü yaxşı hesab etməsinin onun həqiqətən ədalətli olması üçün kifayət edib-etmədiyi və heç kimin nəzarəti olmadığı şəraitdə vicdanlı davranmağın əhəmiyyəti diqqətə çatdırılıb.

Q.Əbdurahmanov bildirib ki, ilahi ədalət insanların gözlədiyi kimi anında təcəlli etməyə bilər. Bu gecikmə də insan üçün bir imtahan vasitəsidir. İlahiyyatçı Nizamülmülkün “Küfr ilə bəlkə, amma zülm ilə abad olmaz məmləkət” kəlamını xatırladaraq zülmün heç bir cəmiyyət üçün xeyir gətirmədiyini vurğulayıb.

Verilişdə İmam Qəzalinin ədalət anlayışına da toxunulub. Qonağın sözlərinə görə, ədalət zalımlıqla zülmə boyun əymək arasında tarazlıq yaratmaqdır. İnsan yalnız özünü yaxşı hesab etməklə kifayətlənməməli, davranışları ilə də bunu sübut etməlidir.

İlahiyyatçı həmçinin ədalətlə bərabərlik arasındakı fərqi izah edib. Onun sözlərinə görə, ədalət hər kəsə eyni münasibəti göstərmək deyil, hər kəsə layiq olduğu münasibəti göstərməkdir. Mərhəmət və ədalət fərqli anlayışlar olsa da, hər ikisi islam əxlaqının mühüm prinsiplərindəndir.

Kopyalandı
Banner
Tarixi abidənin giriş qapısına olunan müdaxilə ilə bağlı qurumdan açıqlama - Baku TV

Tarixi abidənin giriş qapısına olunan müdaxilə ilə bağlı qurumdan açıqlama - Baku TV

Cəmiyyət
26 noyabr 2026 57 baxış
Azərbaycanda ortaaylıq maaş 1173 manata çatsa da, vətəndaşa bəs etmir? - AKTUAL GÜNDƏM

Azərbaycanda ortaaylıq maaş 1173 manata çatsa da, vətəndaşa bəs etmir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
26 noyabr 2026 96 baxış
62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Baku TV

62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Baku TV

Cəmiyyət
26 noyabr 2026 102 baxış
"Şəxsidir, öz qiymətini qoyur" | Köhnə qarajların qiyməti niyə əl yandırır? - Baku TV

"Şəxsidir, öz qiymətini qoyur" | Köhnə qarajların qiyməti niyə əl yandırır? - Baku TV

Cəmiyyət
26 noyabr 2026 121 baxış
Qürurverici görüntülər | Şəhid qızları “Kökümüzə Qayıdış” adlı yürüşdə iştirak etdilər - Baku TV

Qürurverici görüntülər | Şəhid qızları “Kökümüzə Qayıdış” adlı yürüşdə iştirak etdilər - Baku TV

Cəmiyyət
26 noyabr 2026 131 baxış
Çoxmərtəbəli binaya niyə istilik verilmir?

Çoxmərtəbəli binaya niyə istilik verilmir?

Cəmiyyət
26 noyabr 2026 121 baxış
Əhalinin nəzərinə | Sabah hava küçəyə çıxmağı çətinləşdirəcək? - Baku TV CANLI

Əhalinin nəzərinə | Sabah hava küçəyə çıxmağı çətinləşdirəcək? - Baku TV CANLI

Cəmiyyət
26 noyabr 2026 106 baxış
“Araz”da təzə və keyfiyyətli balıq məhsulları münasib qiymətə | Festival neçə gün davam edəcək?

“Araz”da təzə və keyfiyyətli balıq məhsulları münasib qiymətə | Festival neçə gün davam edəcək?

Cəmiyyət
26 noyabr 2026 114 baxış
Psixoloji dəstək hər kəsin cibinə uyğundurmu? - Baku TV CANLI

Psixoloji dəstək hər kəsin cibinə uyğundurmu? - Baku TV CANLI

Cəmiyyət
26 noyabr 2026 84 baxış
Köhnə Günəşli sakinləri kanalizasiya suyuna görə istilikdən məhrum qaldılar? - Baku TV

Köhnə Günəşli sakinləri kanalizasiya suyuna görə istilikdən məhrum qaldılar? - Baku TV

Cəmiyyət
26 noyabr 2026 99 baxış
Seçilmişlər
icon