Qanun təsdiqləndi, bu şəxslər cərimələnəcək - Baku TV
Sayt və sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətləri qadağan edilib. Prezident İlham Əliyev bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda edilən dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, kütləvi şəkildə nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi qadağan olunur.
Belə ki, əxlaqsız ifadələrin səsləndirilməsi, belə məzmun təəssüratı yaradan jestlərin edilməsi, eləcə də bədən hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi ilə bağlı məlumatların yayılmasına yol verilməyəcək.
Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
“Əxlaqsızlığı təbliğ edən paylaşımlar məni çox narahat edirdi. Belə paylaşımların olmaması daha yaxşıdır. Etika çərçivəsində danışılmalıdır”, – vətəndaşlardan biri söyləyib.
Hüquqşünas Mircavid Miriyev bildirib ki, sözügedən əməllərə görə inzibati məsuliyyət nəzərdə tutulur:
“Ümumilikdə bu əməli törətmiş şəxslər barəsində 500 manatdan 1000 manatadək cərimə tətbiq oluna bilər. Eyni zamanda işin hallarına və pozuntu törədənin şəxsiyyətinə görə bu tədbirlər kifayət sayılmadıqda 30 günədək inzibati həbs tətbiq edilə bilər. Zəruri hallarda inzibati həbs müddəti 1 aydan 2 ayadək artırıla bilər”.
Bundan əlavə, eyni xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh verilmə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə 1000 manatdan 2000 manatadək cərimə tətbiq edilməsi nəzərdə tutulub.
#Sosial şəbəkələr teqi istifadə olunub
- "Palitra" hesabının fəaliyyəti ilə bağlı yeni detallar | Sosial şəbəkələrdə gizli təbliğat - Baku TV
- Azərbaycana qarşı təbliğat aparan erməni vətəndaşları - 24 SAAT
- Saxta SMM xidməti ilə insanları aldadırlar | Belə dələduzlardan necə qorunmaq olar? - Baku TV
- Xəstə uşaqların görüntüləri ilə pul qoparan fırıldaqçı saxlanıldı | DİN-dən açıqlama - Baku TV
- Yas mərasimlərində yeni trend? | Dəfnetmədə vağzalı səsləndirmək dində necə qarşılanır? - Baku TV
