"Bu problem çoxdandır belədir" | 15 illik problem niyə həll olunmur? - Baku TV
Xırdalan şəhəri, 26-cı məhəllə, Məhsəti Gəncəvi küçəsində yerləşən geniş ərazi uzun illərdir məişət tullantıları ilə çirkləndirilir.
Sakinlərin sözlərinə görə, ərazidəki antisanitar vəziyyət 15 ildən artıqdır davam edir.
Onlar bildirirlər ki, tullantılardan yayılan üfunət, eləcə də küçə heyvanlarının əraziyə toplaşması gündəlik həyatlarını çətinləşdirir.
“Üç ildir burada yaşayıram. Bu ərazini təmiz vəziyyətdə gördüyümü xatırlamıram”, “Üfunətin, ağcaqanadın əlindən evdə oturmaq olmur”, – deyə sakinlər narazılıqlarını bildiriblər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən yer hüquqi şəxsə məxsusdur və ərazinin təmiz saxlanılması ilə bağlı bir neçə dəfə şirkətə xəbərdarlıq edilib.
Qurumdan o da qeyd olunub ki, yaxın ərazidə məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlar mövcuddur. Lakin vətəndaşlar məişət tullantılarını yol üzərində olan bu əraziyə atırlar:
“Son yağışlardan sonra ərazi palçıqlı olduğu üçün texnikanın işləməsi mümkün deyil. Tezliklə ərazi təmizlənəcək”.
#Xırdalan teqi istifadə olunub
- Xırdalanda baş verən faciəvi hadisə barədə detallar - Baku TV CANLI
- "Əli yox kimi idi, qarnı, başı..." | Qumbaranı ölən idmançı qızın qardaşı evdə gizlədibmiş - Baku TV
- Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI
- "Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV
- Sakinlərin şikayətinə səbəb olan daş emalı sexi ilə bağlı nələr üzə çıxdı? - Baku TV
