"Bundan artıq kişiyə ərə gedəcəkdim?!" | "O mənim üçün ən hündürboylu kişidir" - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin budəfəki qonaqları Riad Sultanov və həyat yoldaşı Ülkər Pərvini olub.
Onlar tanışlıq hekayələrindən, bir-birlərinə olan böyük sevgilərindən və yaşadıqları çətinliklərdən bəhs ediblər.
Riad bəy bildirib ki, həyat yoldaşı ilə 14 il əvvəl tanış olub və aralarında yaranan səmimiyyət nəticəsində ailə qurublar. O, Ülkər xanımın ona hər zaman dəstək olduğunu, anlayışla yanaşdığını və çətin günündə yanında olduğunu vurğulayıb:
“Boyum 134 santimetrdir. Ülkəri özüm seçib evlənmişəm, o da məni bu halımla qəbul edib. Ülkər xarakteri ilə məni özünə cəlb etmişdi. Çox səbrli, anlayışlı biridir, məni yormur”.
Ülkər xanım isə Riad bəyin onun ən böyük dayağı olduğunu qeyd edib:
“Sevgi bir-birini başa düşməkdir, hörmətdir, çətin anında yanında olmaqdır. Biz həm dostuq, həm də həyat yoldaşıyıq. Mənim üçün dünyada ən enlikürək, ucaboy, namuslu kişi Riaddır”.
Ülkər xanım həmçinin keçmişdə övlad itirdiklərini və çətin anları birlikdə aşdıqlarını xatırladıb.
Cütlük 14 illik evlilikləri boyunca hər zaman bir-birlərinə hörmət etdiklərini, kənar müdaxilələrə baxmayaraq, münasibətlərini qoruyub saxladıqlarını bildirib.
#Arzunun vaxtı teqi istifadə olunub
- Gecələr kuryer işləyən Nəsibə ölü bildiyi anasının sağ olduğunu necə öyrəndi? - ARZUNUN VAXTI
- "Arxamca düşüb yalvardı" | Biznesləri batdı, ciblərində 5 manat qaldı, sonra isə... - ARZUNUN VAXTI
- Bir ildir şəhərin mərkəzinə atılan atanın ürəkdağlayan hekayəsi - ARZUNUN VAXTI
- "Övladımı həbsxanada dünyaya gətirdim" | "Həbsdən çıxandan sonra ərimdən ayrıldım" - ARZUNUN VAXTI
- “Məcbur olub boşandım” | Sosial şəbəkədə fəryad edən iki qız anasının həyat hekayəsi - ARZUNUN VAXTI
