"Burada təhsil almaq qürurvericidir" | Zabux kəndinin yenilənən təhsil müəssisələri - Baku TV
Zabux kənd tam orta məktəbi zəngin tarixə malikdir və 1937-ci ildən fəaliyyət göstərir. 1992-ci ildə məktəb öz fəaliyyətini Bakının Pirşağı qəsəbəsində davam etdirib.
Doğma torpaqlarımız işğaldan azad edildikdən sonra, 2023-cü ilin dekabrın 13-də Zabux kənd tam orta məktəbinin yenidən açılışı həyata keçirilib.
Məktəbin direktoru Mübariz Rüstəmov bildirib ki, təhsil müəssisəsi yüksək texnologiya ilə təsis olunub:
“Sistem otaqları, fənn kabinələri, kimya, biologiya və informatika laboratoriyaları daxil olmaqla hər cür avadanlıqlar mövcuddur. Çalışırıq ki, Vətənimizə layiqli övladlar yetişdirək”.
Məktəbin şagirdi Ədalət Məmmədov isə öz hədəflərindən danışaraq qeyd edib:
“Babamın adını daşıyan məktəbdə təhsil alıram. Böyüyəndə babam kimi polis olmaq istəyirəm”.
#Laçın teqi istifadə olunub
- Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV
- "Şükürlər olsun ki, övladım burada oxuyur" | Bilik Günü Laçında coşqu ilə qeyd olunur - Baku TV
- Laçında dəhşətli hadisə | Müğənninin qətli ilə bağlı qandonduran iddialar - Baku TV CANLI
- Məhkəmədə qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsə ağır cəza istənildi - Baku TV
- "Öz hesabımıza daş tökdük ki..." | Həkəri çayına müdaxilə edilib? - Baku TV
