"Səhərlər ağzımızı iyləyirdilər" | Mərdəkanın 30 illik taksi sürücüsü
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında 70 yaşlı mərdəkanlı taksi sürücüsü Balaş Məmmədov keçmiş günlərdən danışıb.
B.Məmmədov əvvəlki taksi xidmətinin daha etibarlı olduğunu vurğulayıb: “Səhər işə gələndə ağzımızı xüsusi aparatla iyləyirdilər. Yol vərəqimizi imzalayıb işə buraxırdılar. İndi alkotesteri yol polislərində görürəm, amma taksi sürücülərinin yoxlanıb-yoxlanmadıqlarını bilmirəm”.
30 ilin taksi sürücüsü başına gələn maraqlı hadisələrdən birindən də söz açıb: “Bir gün sərnişin oturub dedi ki, tez sür, tələsirəm. Yol hərəkəti qaydalarını poza bilməyəcəyimi söylədim. Dedi, mənim həyat yoldaşım deputatdır, harada saxlasalar, mənlikdir. Ramanaya çatanda yol polisi bizi saxladı, sənədlərimi aldı”.
#O vaxtlar (Baku TV-nin rubrikası) teqi istifadə olunub
- "İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"
- "Bakılılar bir-birinin arxasında dayanmır" | "Rayonlu idi deyə nişanı qaytarmaq istədi" - O VAXTLAR
- "Çörəyin qədrini həmişə bilmişəm” | 35 il çörək daşıyan novxanılı ağsaqqalın həyat hekayəsi
- "Əvvəllər toyda musiqiçidə səhv tuturdular" | Qarmon ifaçısı Nemət Hüseynov keçmiş toylardan danışdı
- "Atamın qabağında onu qucağıma götürməmişəm" | Maştağa sakini | "Ona görə gec evləndim" - O VAXTLAR
