Pleyeri seçin:

"Survivor"ın gerçəyə döndüyü şəhər | "İyindən bilirsiniz də nəyin suyudur..." - Baku TV

15 may 2026 23 baxış

Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yol örtüyünün bərbad vəziyyətdə olması sürücülərə çətin anlar yaşadır.

Belə ki, yağışlı havalarda vəziyyət daha da pisləşir. Havaların normal keçməsinə baxmayaraq, yol daim suyun içindədir. Sürücülər isə yoldan keçməkdə böyük çətinliklə üzləşirlər.

“Qoxudan ərazidə dayanmaq mümkün deyil. Yolların bu vəziyyətdə olması hər dəfə avtomobillərimizə ciddi ziyan vurur. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Yağış yağsa da, yağmasa da, yol hər zaman belədir”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.

Digər bir vətəndaş isə qeyd edib:

“Vəziyyət çox bərbaddır. Hər gün eyni mənzərə ilə qarşılaşırıq. Tıxacın sonu görünmür, hər kəs dayanıb gözləyir, amma problemlə maraqlanan, yolu düzəldən yoxdur. Biz nə vaxta qədər belə yaşamalıyıq?! Artıq bu vəziyyətdən bezmişik”.

Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, sözügedən küçədə bu ilin əvvəlində cari təmir işləri həyata keçirilib:

“Lakin yağan sonuncu intensiv yağışlardan sonra həmin küçənin bir neçə yerindən qrunt sularının aktiv şəkildə fəallaşması müşahidə olunub. Bu səbəbdən də küçənin müəyyən hissələrində yol qatının yuyulması baş vermiş, ərazidə müxtəlifölçülü kiçik çalalar əmələ gəlmişdi. Bu barədə aidiyyəti quruma məlumat verilib və yaxın günlərdə işlər başlayacaq”.

Nümayəndəlikdən o da qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh–Novxanı–Sumqayıt yolu istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi də davam edir:

“Həsən Əliyev küçəsi də bu layihəyə daxildir. Ona görə sözügedən küçənin əsaslı təmiri məqsədəuyğun hesab olunmur. Belə ki, 2026–2027-ci illər ərzində həmin yolun yeni, müasir standartlara uyğun formada sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna baxmayaraq, yaxın günlərdə Həsən Əliyev küçəsində yenidən cari təmir işləri aparılacaq”.

Milli Qəhrəman Hökumə Əliyevanın qardaşından duyğulandıran sözlər - Baku TV

Milli Qəhrəman Hökumə Əliyevanın qardaşından duyğulandıran sözlər - Baku TV

Cəmiyyət
15 may 2026 23 baxış
“Belində samovar qaynadıblar” | Araz Yaquboğlu azərbaycanlı ailəyə edilən zülmü danışdı - O VAXTLAR

“Belində samovar qaynadıblar” | Araz Yaquboğlu azərbaycanlı ailəyə edilən zülmü danışdı - O VAXTLAR

Cəmiyyət
15 may 2026 23 baxış
"Yazıram, kim tanıyır məni?!" | Su qiymətinə kitab ala biləcəyiniz festival - Baku TV

"Yazıram, kim tanıyır məni?!" | Su qiymətinə kitab ala biləcəyiniz festival - Baku TV

Cəmiyyət
15 may 2026 23 baxış
Revmatizm, oynaq və dəri xəstəliklərindən əziyyət çəkənlərin ümid yeri - Baku TV

Revmatizm, oynaq və dəri xəstəliklərindən əziyyət çəkənlərin ümid yeri - Baku TV

Cəmiyyət
15 may 2026 23 baxış
"Şükür ki, qaçqınlıq statusu bizdən getdi" | Kəlbəcərə qayıdan ailənin hekayəsi - Baku TV

"Şükür ki, qaçqınlıq statusu bizdən getdi" | Kəlbəcərə qayıdan ailənin hekayəsi - Baku TV

Cəmiyyət
15 may 2026 23 baxış
Sınaq imtahanlarının səviyyəsi ilə bağlı vacib açıqlamalar - HANSI İXTİSAS?

Sınaq imtahanlarının səviyyəsi ilə bağlı vacib açıqlamalar - HANSI İXTİSAS?

Cəmiyyət
15 may 2026 23 baxış
Burada maşın saxlamaq da, hərəkət etmək də müşkülə çevrilib - NECƏ OLMALIDIR?

Burada maşın saxlamaq da, hərəkət etmək də müşkülə çevrilib - NECƏ OLMALIDIR?

Cəmiyyət
15 may 2026 23 baxış
Masazırda təhlükə yaradan bina tikilir? - "Qonşu evini satdı, onda bildik ki..." - Baku TV

Masazırda təhlükə yaradan bina tikilir? - "Qonşu evini satdı, onda bildik ki..." - Baku TV

Cəmiyyət
15 may 2026 23 baxış
Belarusun ləzzətli və keyfiyyətli süd məhsullarını artıq “Araz”dan ala bilərsiniz - Baku TV

Belarusun ləzzətli və keyfiyyətli süd məhsullarını artıq “Araz”dan ala bilərsiniz - Baku TV

Cəmiyyət
15 may 2026 23 baxış
"Sözlə ifadə olunmayacaq qədər dəyərlidir" | "İstisu" mineral su zavodundan görüntülər - Baku TV

"Sözlə ifadə olunmayacaq qədər dəyərlidir" | "İstisu" mineral su zavodundan görüntülər - Baku TV

Cəmiyyət
15 may 2026 23 baxış
Seçilmişlər
icon