Cəmiyyət
Выбрать плеер:
Bədxassəli şişlərin bədənə yayılmasını əngəlləyən təbii vasitə
Təbii alkaloid olan çili və ya nazik qırmızı acı bibər ağciyər xərçəngi zamanı metastazların yaranmasının qarşısını ala bilər.
Bu istiqamətdə ABŞ-nin Marşal Universitetinin əməkdaşları yeni elmi araşdırmalar aparıblar. Sınaqlar göstərib ki, kapsaisin bədxassəli hüceyrələrin bədəndə yayılmasını effektiv şəkildə blok edir.
Eləcə də siçanlar üzərində reallaşdırılan təcrübədə heyvanlara qida əlavəsi kimi kapsaisin verilib. Onlarda ağciyərlərdəki ocaqlar kifayət qədər kiçilib.
Əlavə tədqiqatlar zamanı müəyyən edilib ki, kapsaisin SRc zülalının aktivliyini azaldır. Bu zülal hüceyrələrin bölünməsi və artması mexanizminə təsir edir.
Ağciyər xərçəngi aqressiv olur və baş beyin, qaraciyər və sümüklərə metastaz verir.
Скопировано
Выбранные