Cəmiyyət
Выбрать плеер:
Əməliyyat vaxtı ad günü keçirən cərrahla bağlı xəstəxanadan açıqlama
Bir neçə gün öncə özəl xəstəxanaların birində işləyən cərrah mama-ginekoloq Ləman Əliyevaya əməkdaşların əməliyyatxanada doğum günü sürprizi etməsi və həkimin həmin görüntüləri öz sosial şəbəkə hesabında paylaşması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Faktla bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlamalara başlanıb.
Xəstəxananın direktor müavini Səftər Əliyev isə Baku TV-yə həkimin işindən kənarlaşdırıldığını bildirib. Lakin buna baxmayaraq, tibb müəssisəsinə məxsus saytda həkim haqqında məlumatlar hələ də silinməyib.
Qeyd edək ki, cərrah mama-ginekoloq L.Əliyeva sürprizdən xəbəri olmadığını və həmin görüntüləri paylaşdığından peşman olduğunu bildirib.
Скопировано
Выбранные