Çayı necə içmək təhlükəlidir? | Az bilinən məlumatlar
Dünyanın məşhur içkilərindən biri də südlü çaydır. O həm isti, həm də soyuq şəkildə istehlak edilir.
Diyetoloqların sözlərinə görə, südlü çayın həddindən artıq istifadəsi çəki artımına, qanda qlükoza səviyyəsinin kəskin artmasına səbəb olur. Əsas çatışmazlıqlarından biri yuxunun pozulması riskidir. Çayın tərkibindəki kofein sinir sistemini stimullaşdırır ki, bu da yuxuya getməyi çətinləşdirir və təbii yuxu dövrünü pozur.
Əsəbiliyə meyilli insanlar, eləcə də böyrək daşlarından əziyyət çəkənlərə südlü çay məsləhət görülmür.
Riskləri minimuma endirmək üçün südlü çayı orta səviyyədə içmək və axşam saatlarında ondan çəkinmək lazımdır. Həmçinin artıq şəkərdən imtina edərək təbii əlavələr seçmək daha yaxşıdır. Bu yanaşma sağlamlığınızı təhdid etmədən içkinin dadından həzz almağa kömək edəcək.