Cəmiyyət
Выбрать плеер:
Əhali təşvişə düşməsin | Partlayışın səbəbi məlum oldu
Plana uyğun olaraq, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə Nazirlikdən bildirilib.
Qeyd edək ki, aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək.
Скопировано
Выбранные