Bu dəyişikliklə sürücülərin canı problemdən qurtardı, yoxsa...? - NECƏ OLMALIDIR?
“Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.
Öncəki buraxılışların birində Azadlıq prospektindən Nəcəf Nərimanov küçəsi istiqamətində hərəkət zamanı sürücülərin üzləşdiyi problem diqqətə çatdırılmışdı. Bildirilmişdi ki, həmin ərazidə avtomobillərin avtobus zolağına daxil olmasına icazə verilməməsi sürücülər üçün əlavə çətinlik yaradır.
Məsələ ilə bağlı səsləndirilən irad və təkliflər aidiyyəti qurum tərəfindən nəzərə alınıb. Belə ki, sürücülərin həmin istiqamətdə rahat dönüş etməsi üçün kəsişməyə yaxın 1.11 nişanlanma xətti çəkilib.
Qeyd edilib ki, hazırda bəzi sürücülər əvvəlki xətlənməyə uyğun hərəkət etsələr də, edilən dəyişiklik ərazidə hərəkətin daha təhlükəsiz təşkilinə və manevrlərin daha rahat həyata keçirilməsinə xidmət edir.
Тег #Yol hərəkətinin təşkili используется
- Sürücülər bunu görüb yanılsa, nəticə ağır ola bilər | Təhlükə yaradan xətlənmə - NECƏ OLMALIDIR?
- Sürücülərin ən çox problem yaşadığı dairələrdən biri | Bura niyə təhlükəli yerə çevrilib?
- “Düşünməsin ki, yol həmişə onundur” | Sığorta şirkəti hansı halda ödənişdən imtina edə bilməz?
- Sürücüləri çaşbaş qoyan nişanlanma: Bu prospektdə sağa dönmək niyə müşkülə çevrilib?
- Sıxlığın olmaması niyə möcüzəyə çevrilib? - "Avtobus zolağı sürücüləri çaşdırır” | NECƏ OLMALIDIR?
