Выбрать плеер:

"Müasir ordular içində ilk onluqdayıq" | Azərbaycanda ordu quruculuğunun tarixi - Baku TV

26 июня 2026 14 просмотров

“Azərbaycanın ordu quruculuğunda çox qədim ənənələr var. Eramızdan əvvəl III minillikdən etibarən Azərbaycan ərazisində formalaşmış dövlətlərin əksəriyyətində ordu quruculuğu təcrübəsi mövcud olub. Bu, regionun geostrateji mövqeyi ilə bağlı idi – Azərbaycan daim qonşu güclərin təsiri və təzyiqi altında olduğuna görə təhlükəsizlik və müdafiə anlayışı hər zaman ön planda dayanıb”.

Bunu Baku TV-yə açıqlamasında tarixçi Bəxtiyar Məhərrəmov deyib.

Onun sözlərinə görə, ordu quruculuğunun uğurlu nümunələrindən biri Səfəvilər dövründə I Şah Abbas tərəfindən həyata keçirilən islahatlardır:

“O, daimi ordu sistemi formalaşdırdı, ordunu strukturlaşdırdı və xalq ordusu prinsipini gücləndirdi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu da eyni məntiqə əsaslanırdı. Gəncə dövründə ordu sistemi üzrə doqquz qanun qəbul edildi və könüllü xalq dəstələri əsasında struktur quruldu. Qısa müddətdə dörd süvari diviziyası, üç piyada diviziyası, bir aviasiya briqadası (yeddi təyyarə ilə) və bir motoatıcı diviziya formalaşdırıldı. Təxminən 40 minlik ordu dövrün tələblərinə cavab verən sistem idi və müəyyən uğurlar da əldə etdi”.

Tarixçi qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu konsepsiyası tam şəkildə davam etdirilə bilməsə də, nəzəri baxımdan bu model xüsusilə Şərq ölkələri üçün nümunə sayıla biləcək sistemlərdən biri kimi qiymətləndirilir:

“Bu gün Azərbaycanın müasir ordusu da xalq ordu konsepsiyasının üzərində qurulub. Xüsusi təyinatlı bölmələrin döyüş qabiliyyəti, mobil hərbi sistemlərin çevikliyi və texnologiyadan istifadəyə görə Azərbaycan Ordusu müasir hərbi göstəricilər baxımından ön sıralarda yer alan ordular sırasındadır”.

“Ordumuz şərəfli yol keçib” | Sakinlər hərbi paradı qürur hissi ilə izlədilər - Baku TV

“Ordumuz şərəfli yol keçib” | Sakinlər hərbi paradı qürur hissi ilə izlədilər - Baku TV

Cəmiyyət
26 июня 2026 14 просмотров
“Belə şey görməmişdim” | Bakıda piyada keçidində utancverici mənzərə - Baku TV

“Belə şey görməmişdim” | Bakıda piyada keçidində utancverici mənzərə - Baku TV

Cəmiyyət
26 июня 2026 14 просмотров
I və IV ixtisas qrupları üzrə imtahan nəticələrinin müzakirəsi - HANSI İXTİSAS?

I və IV ixtisas qrupları üzrə imtahan nəticələrinin müzakirəsi - HANSI İXTİSAS?

Cəmiyyət
26 июня 2026 14 просмотров
“10 gündür yoxdur, olanda isə...” | Əhali isti yay günlərində niyə susuz qalıb? - Baku TV

“10 gündür yoxdur, olanda isə...” | Əhali isti yay günlərində niyə susuz qalıb? - Baku TV

Cəmiyyət
26 июня 2026 14 просмотров
108 yaşlı Azərbaycan Ordusunun qurucuları | “Onun etdiyi kəşflərin mühüm əhəmiyyəti var” - Baku TV

108 yaşlı Azərbaycan Ordusunun qurucuları | “Onun etdiyi kəşflərin mühüm əhəmiyyəti var” - Baku TV

Cəmiyyət
26 июня 2026 14 просмотров
"Həkimin qəbulu azı 50 manatdır, nə edək?!" | Dəhşət yaşayan bu sakinlər nəyə aldanır? - Baku TV

"Həkimin qəbulu azı 50 manatdır, nə edək?!" | Dəhşət yaşayan bu sakinlər nəyə aldanır? - Baku TV

Cəmiyyət
26 июня 2026 14 просмотров
"Zəfərimiz xarici ölkələrdə dərsliyə salınıb" | Qələbəyə gedən yolda nələr yaşandı? - Baku TV

"Zəfərimiz xarici ölkələrdə dərsliyə salınıb" | Qələbəyə gedən yolda nələr yaşandı? - Baku TV

Cəmiyyət
26 июня 2026 14 просмотров
Bu dəyişikliklə sürücülərin canı problemdən qurtardı, yoxsa...? - NECƏ OLMALIDIR?

Bu dəyişikliklə sürücülərin canı problemdən qurtardı, yoxsa...? - NECƏ OLMALIDIR?

Cəmiyyət
26 июня 2026 14 просмотров
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilir - Baku TV

Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilir - Baku TV

Cəmiyyət
26 июня 2026 14 просмотров
Aşura gününə görə qanvermə aksiyası keçirilib - Baku TV

Aşura gününə görə qanvermə aksiyası keçirilib - Baku TV

Cəmiyyət
26 июня 2026 14 просмотров
Выбранные
icon