"Bu mərasim peyğəmbər ailəsinə ehtiramın əlamətidir" | Gəncədə nümunəvi Aşura ənənəsi - Baku TV
Azərbaycanın bəzi bölgələrində, o cümlədən Gəncədə əsrlərdir yaşadılan mütərəqqi Aşura adətləri mövcuddur.
Bu adətlərdən biri də Məhərrəm ayının 10-cu günü – Aşura mərasimləri ərəfəsində yol kənarlarında ehsan süfrələrinin təşkil olunmasıdır.
Bu süfrələr bir çox hallarda evləri yol üzərində yerləşən sakinlər, bəzən isə yol kənarındakı ticarət və xidmət obyektlərinin sahibləri tərəfindən qurulur. Ehsan süfrələrinin qonaqları isə adətən ətrafda yaşayan insanlar və yoldan keçən şəxslər olur.
“Biz hər il Aşura günü ehsan süfrəsi qururuq. Qonşular yığışırlar, hamı birlikdə paylaşır. Yoldan keçənlər isə daha çox olur – qadınlar, uşaqlar, tanımadığımız insanlar”, – deyə sakinlərdən biri bildirib.
Başqa bir sakin isə qeyd edib:
“Aşura mərasimi peyğəmbər ailəsinə böyük hörmət və ehtiramın ifadəsidir. Bu günün çox müsbət dəyərləri var, çox gözəl adətdir. Milli və dini kimliyimizin göstəricilərindən biridir. Ehsan süfrəsində təqdim olunan çörək, hətta adi su belə Allah yanında dəyərli sayılır və insanların ruhuna şəfa kimi yayılır”.
Тег #Gəncə используется
- Elm və təhsil nazirinin Gəncədə məzunlarla rəqs etdiyi anlar
- Gəncədə dəhşət: 63 yaşlı şəxs qətlə yetirildi - Baku TV CANLI
- "Üstümə neft tökəcəyəm!" | Ailə fəryad edir: "Dedi, get, asfaltda çadır qur, yat" - Baku TV
- Gəncədə yol problemi sakinləri özlərindən çıxardı - Baku TV
- Gəncədə yerləşən istirahət guşəsindən görüntülər
