"Valideynlər olmasa, Hindistandakı kimi yerdə oturacaqdıq" | Acınacaqlı halda qalan məktəb - Baku TV
Vaxtilə təxminən 2000-ə yaxın şagirdin təhsil aldığı məktəbdə hazırda 900-ə yaxın şagird oxuyur. Buna səbəb kimi təhsil ocağının qəzalı vəziyyətdə olması göstərilir.
Şikayətçilər Lənkəran şəhər 10 saylı tam orta məktəbin əsaslı təmirə ehtiyacı olduğunu bildirirlər.
Məktəb müəllimi Ziyafət Bayramovanın sözlərinə görə, təhsil müəssisəsi 1985-ci ildə istifadəyə verilsə də, bu müddət ərzində əsaslı təmir aparılmayıb:
“Sinif otaqlarında toz qalxır, sement örtüyü aşınıb. Bu vəziyyət uşaqların sağlamlığı üçün də risk yaradır. İllər ərzində məktəb demək olar ki, bərbad vəziyyətə düşüb. Əgər bu günə qədər fəaliyyət göstəribsə, bu daha çox valideynlərin dəstəyi hesabına olub. Hər il imkan daxilində məktəbə müəyyən köməklik göstərmişik. Yoxsa indi Hindistan məktəbləri kimi yerdə oturmalı olardıq”.
“Məktəb çox qəzalı vəziyyətdədir. Sinif otaqları bərbad haldadır və tədris üçün uyğun deyil. Qış aylarında isə uşaqların burada təhsil alması demək olar ki, mümkün olmur. Ümumilikdə vəziyyət çox ağırdır”, – valideyn Zamin Rzayev bildirib.
Тег #Lənkəran используется
- Leyla Əliyeva və Arzu Əliyeva Lənkərana səfər ediblər - Baku TV
- Lənkəranda təbiətin görünməyən üzü | Hansı heyvan yoxa çıxıb? - Kameraya düşənlər... - Baku TV
- Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb - Baku TV
- Lənkəranda WUF13 Festivalı keçirilib - Baku TV
- Lənkəranda torpaq sürüşməsi baş verib | Sakinlər çətin vəziyyətə düşüb - Baku TV
