Məşhur tiktoker "Arzum"un məhkəməsində nələr yaşandı? - Baku TV
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Xəzər Rayon Məhkəməsində keçirilən iclas media nümayəndələrinə qapalı olub. Eyni zamanda məhkəmə zalına nə tiktokerin, nə də qarşı tərəfin yaxınları buraxılıb.
Məhkəmə iclası müəyyən səbəblərdən təxirə salınaraq iyulun 2-nə təyin edilib. İclasın təxirə salınmasına İlduzə Hacıyevanın vəkillərinin məhkəmə prosesində iştirak etməməsi səbəb olub.
Qeyd edək ki, iyunun 18-də keçirilən prosesdə dövlət ittihamçısı "Arzum 9999" ləqəbli tiktokerə 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilmə ilə məhkəmə zalından həbs olunmasını tələb etmişdi. Lakin hakim vəkillərin müdafiəsi üçün iclası təxirə salaraq iyunun 25-nə təyin edib.
