Tehran ABŞ-yə cavab vermədi | "İran Vaşinqtonla danışıqlar aparmır" - Baku TV
"ABŞ ilə birbaşa və ya "regiondakı dostlar" vasitəsilə mesaj mübadiləsi aparılır".
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına müsahibəsində deyib.
Nazir qeyd edib ki, bu, İranın Vaşinqtonla danışıqlar apardığı anlamına gəlmir.
"Mən əvvəlki kimi Uitkoffdan birbaşa mesajlar alıram və bu, o demək deyil ki, biz danışıqlar aparırıq", – deyə o qeyd edib.
Əraqçi həmçinin bildirib ki, İran ABŞ-nin münaqişənin sona çatdırılması üçün təklif etdiyi 15 bəndlik planına cavab verməyib.
"Biz Amerikanın 15 bəndlik təklifinə heç bir cavab göndərməmişik, nə də hər hansı təklif və ya şərt irəli sürmüşük", – deyə Əraqçi sözlərinə əlavə edib.
Nazir bildirib ki, İran atəşkəsi qəbul etməyəcək: "Yalnız müharibənin sonunu, yəni fasiləni deyil, bütün regionda hərbi əməliyyatların dayandırılmasını qəbul edəcəyik".
Тег #Abbas Əraqçi используется
- Fransa və İran XİN başçıları nələri müzakirə etdilər?
- Azərbaycan və İran XİN rəhbərləri nəyi müzakirə etdilər? - Baku TV
- Əraqçinin Azərbaycana təşəkkür mesajı erməni mediasında - BİZDƏN NƏ DANIŞIRLAR?
- Fransa və İran XİN başçıları nələri müzakirə etdilər?
- Güclü yağış davam edəcək? | Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirildi - YENİ BİR SƏHƏR
