Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb | Türkiyədən maraqlı görüntülər
İstanbulda VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı davam edir.
Festival çərçivəsində hər gün Türk dünyasının birliyi, ortaq mədəni kökləri, irsi tədbir iştirakçılarına və qonaqlara nümayiş etdirilir.
Mayın 24-də festivalın xüsusi proqramında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Azərbaycan nümayəndə heyətinin təqdimatında möhtəşəm “Zəfər” şou və kompozisiyasını izləyiblər.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyada qədim Türk adətləri, Azərbaycan milli musiqi və rəqs ənənələri, eləcə də Qarabağ atlarının estetik və məharətli çıxışları səhnədə canlandırılıb.
Türk dünyasının ortaq mirası olan atçılıq mədəniyyəti, süvarilik sənəti və milli ruhu əks etdirən proqram Türkiyə Prezidenti və Əminə Ərdoğan tərəfindən böyük maraqla qarşılanıb.
#Türkiyə teqi istifadə olunub
- Sosial şəbəkələrlə bağlı hansı məhdudiyyətlər olacaq? - Türkiyədə yeni qayda - Baku TV
- Het çarlığı dövründən bəhs edən lövhələr aşkarlanıb
- Türkiyə və Pakistan ABŞ-nin İran planında hansı rolu oynaya bilər? - Baku TV CANLI
- Vaşinqtondan Afina və Ankaraya xəbərdarlıq
- Ömer Çelik Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələrin olduğunu bildirib - Baku TV
