Pleyeri seçin:

İsrailin Yaxın Şərqdəki növbəti hədəfi | Küncə sıxışdırılan İranı nələr gözləyir?

09 dekabr 2024 373 baxış

Suriyada 13 ildir davam edən vətəndaş müharibəsinin gedişatı 27 noyabrda “Heyət Təhrir əş-Şam”ın başçılıq etdiyi müxalif qrupların hücumları ilə dəyişib.

Zor gücünə hakimiyyətdə qalan Əsəd sülaləsinin 54 illik hökmranlığı başa çatıb. İstənilməyən lider Bəşər Əsəd Rusiyaya qaçıb.

Regionda yaranmış bu xaotik vəziyyətdən ən çox zərər görən tərəf isə İrandır. Çünki bir müddət əvvəl Yəmən husiləri və HƏMAS-ın İsrail tərəfdən əl-qolu bağlanıb.

Bundan əlavə, B.Əsədin dövründə Suriya İran və “Hizbullah” arasında körpü idi və qruplaşmaya döyüş sursatlarının ötürülməsində əsas rol oynayırdı. Ona görə də Suriyanın itirilməsi ilə faktiki olaraq İran ABŞ-İsrail cütlüyü qarşısında bütün qalxanlardan məhrum olub.

İranın siyasi və hərbi elitası üçün mövcud vəziyyət şok effekti yaratsa da, burada əsas təəccüb doğuran məqam nəticə deyil, prosesin bu qədər sürətlə cərəyan etməsidir. Bundan sonrakı dövrdə isə İranın siyasi imkanları o qədər də çox görünmür. Deyəsən, Cənub qonşumuzun qorxduğu o an başına gəlmək üzrədir. Yəni ya İsraillə artıq təkbətək qalacaq, ya da nələrisə güzəştə getməli olacaq.

Onu da xatırladaq ki, bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Ərağçi Bəşər Əsəd rejimini ayaqda tutmaq üçün Suriyaya əsgər göndərilməsi ilə bağlı plan olduğunu açıqlamışdı.

İlk dəfə idi İran tərəfi Suriyada hərbi varlığı ilə bağlı açıq-aşkar fikir bildirirdi. Bu isə rəsmi Tehranın Suriyada vətəndaş müharibəsinin başlanmasından bəri yürütdüyü siyasətində dərin bir qırılmanın olduğunu göstərir.

Yəni əslində, İran tərəfi Bəşər Əsəd rejiminin son günlərinin olduğunu ehtimal edirmiş. Suriyada dövlət çevrilişi olmasaydı belə, İranın əsgər göndərməsi sadəcə bir xəyal olaraq qalacaqdı. Çünki ilk olaraq İran öləcək əsgərlərinin cavabını xalqına verə bilməyəcəkdi. Onsuz da xalq iqtisadi böhran məngənəsində olmasına baxmayaraq, maddi resursların İranla sərhədi olmayan Suriya, Livan, Yəmən kimi ölkələrə sərf olunmasına etiraz edirdi.

Digər bir səbəb isə odur ki, bölgədə yaşanacaq hər hansı gərginlikdə Tehran ABŞ-İsrail hərbi kontingenti ilə qarşı-qarşıya gəlmə riskini gözə ala bilməzdi. Artıq İran regionda İsrailə müqavimət göstərmək üçün tək qalıb.

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 373 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 373 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 373 baxış
ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

Siyasət
25 sentyabr 2026 373 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 373 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 373 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 373 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 373 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 373 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 373 baxış
Seçilmişlər
icon