Pleyeri seçin:

Qərbi Zəngəzurun Azərbaycan torpağı olduğunu sübut edən faktlar | GLOBAL PANORAMA

15 fevral 2025 578 baxış

“Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki buraxılışında Sovet hakimiyyətinin qərarı ilə Ermənistana verilən Qərbi Zəngəzur ərazisindən danışılıb.

Bildirilib ki, Qərbi Zəngəzur Azərbaycanın qədim kökləri olan milli-mədəni irsinin ayrılmaz hissəsidir və coğrafi mövqeyi ilə xüsusi əhəmiyyət daşıyır.

Onun tarixi Azərbaycan xalqının burada qədimdən mövcud olduğunu sübut edən faktlarla doludur. Bu faktlar arxeoloji qazıntılar və tarixi mənbələr hesabına aşkar edilib.

Buna baxmayaraq, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi regionun etnik tərkibinin dəyişdirilməsi, azərbaycanlı əhalinin kütləvi şəkildə köçürülməsi ilə nəticələnib.

Qeyd edilib ki, Qərbi Zəngəzurla bağlı məsələlər Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını çətinləşdirən əsas amillərdən biridir. Ermənistan tərəfi bu mövzuya münasibətdə kompromisə getməkdən imtina edir və Azərbaycan xalqının tarixi hüquqlarını qəbul etmir, Zəngəzur dəhlizi məsələsini Ermənistanın suverenliyinə təhdid kimi təqdim edir. Bu mövqe həm regionda gərginliyi davam etdirir, həm də sülhün bərqərar olmasına mane olur.

“Ermənistanın Qərbi Zəngəzurla bağlı mövqeyi tarixi həqiqətləri inkar etmək və bu əraziləri özününkü kimi təqdim etmək siyasətinə əsaslanır. Bu yanaşma isə həm beynəlxalq hüquqa, həm də regiondakı real tarixi faktlara ziddir.

Prezident İlham Əliyevin bu məsələdəki qəti mövqeyi və tarixi faktlara əsaslanan çıxışları Ermənistanın manipulyativ siyasətini ifşa etmək və tarixi ədaləti bərpa etmək baxımından mühüm rol oynayır”, – deyə verilişdə vurğulanıb.

Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV

Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV

Siyasət
04 oktyabr 2026 578 baxış
Talış, Arakəsər, Suqovuşan - bir əməliyyatın xronikası - QARABAĞ XRONİKASI

Talış, Arakəsər, Suqovuşan - bir əməliyyatın xronikası - QARABAĞ XRONİKASI

Siyasət
03 oktyabr 2026 578 baxış
Dövlət başçısının çıxışındakı əsas mesajlar hansı istiqamətləri əhatə etdi?

Dövlət başçısının çıxışındakı əsas mesajlar hansı istiqamətləri əhatə etdi?

Siyasət
03 oktyabr 2026 578 baxış
Xarici təsirlərə qarşı yeni strategiya: Azərbaycan nəyi dəyişir? - AKTUAL GÜNDƏM

Xarici təsirlərə qarşı yeni strategiya: Azərbaycan nəyi dəyişir? - AKTUAL GÜNDƏM

Siyasət
03 oktyabr 2026 578 baxış
Azərbaycanın qarşıya qoyduğu hədəflər hansılardır? - Elman Nəsirovdan şərh - Baku TV

Azərbaycanın qarşıya qoyduğu hədəflər hansılardır? - Elman Nəsirovdan şərh - Baku TV

Siyasət
03 oktyabr 2026 578 baxış
Millət vəkili Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərindən danışdı

Millət vəkili Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərindən danışdı

Siyasət
03 oktyabr 2026 578 baxış
YAP-ın gələcək fəaliyyət istiqamətləri | Hikmət Babaoğlu diqqətçəkən məqamları vurğuladı - Baku TV

YAP-ın gələcək fəaliyyət istiqamətləri | Hikmət Babaoğlu diqqətçəkən məqamları vurğuladı - Baku TV

Siyasət
03 oktyabr 2026 578 baxış
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi - Baku TV

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi - Baku TV

Siyasət
03 oktyabr 2026 578 baxış
Türk dövlətləri üçün mühüm tarix | Naxçıvan Sazişinin imzalanmasından 17 il ötür - Baku TV

Türk dövlətləri üçün mühüm tarix | Naxçıvan Sazişinin imzalanmasından 17 il ötür - Baku TV

Siyasət
03 oktyabr 2026 578 baxış
Prezident Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - Baku TV CANLI

Prezident Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - Baku TV CANLI

Siyasət
03 oktyabr 2026 578 baxış
Seçilmişlər
icon