Şahramanyan o sənədi əsassız adlandırdı: vəziyyət gərginləşir?
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağdakı keçmiş qondarma rejimin rəhbəri Samvel Şahramanyan antiterror tədbirləri zamanı kriminal qurumun buraxılması ilə bağlı sənəd imzalayıb, tör-töküntüləri ilə birlikdə Ermənistana qaçsa da, indi həmin sənədin hüquqi əsası olmadığını iddia edir, oyuncaq rejimi diriltmək üçün təxribatçı bəyanatlar verir.
Görünür, baş separatçı başına gələnlərdən nəticə çıxarmaq əvəzinə separatizmi yenidən alovlandırmağa çalışır. Üstəlik, Ermənistan hakimiyyəti də terrorçulara belə bir şərait yaradır və bununla da revanşist ritorikadan hələ də əl çəkmədiyini, dolayısı ilə normallaşma prosesində maraqlı olmadığını göstərir.
Ermənistan Azərbaycana təzyiq edə bilməyəcəyini yaxşı başa düşür. Yəqin ki, buna görədir ki, İrəvan son ümid kimi separatçıları əlində alətə çevirib, bəzi aparıcı ölkələri, həmçinin beynəlxalq təşkilatları prosesə cəlb etməklə çirkin planlarını yenidən həyata keçirmək istəyir.
Hətta Qarabağdan gedən mülki ermənilər də bu planın tərkib hissəsi kimi istifadə edilir. Səbəb isə birmənalıdır: qondarma rejim ideyasını gündəmdə saxlamaq.
Azərbaycan Vətən müharibəsi və son antiterror tədbirləri ilə hansı qüdrətə malik olduğunu sübut edib və yaranan yeni reallığı heç kim dəyişə bilməz. Çünki Azərbaycan bütün addımlarını həm də beynəlxalq hüququn norma və prinsiplərinə uyğun atır. Yəni hüququn gücü ilə yanaşı, həm də gücün hüququ ölkəmiz tərəfindədir.
#Samvel Şahramanyan teqi istifadə olunub
- Qondarma rejimi ləğv edən fərman yenidən gündəmdə | Sənəddə nələr qeyd olunub? - Baku TV
- Qərbi Azərbaycan İcması bəyanat yaydı - Baku TV
- Qondarma rejimin özünü buraxmasından 2 il ötür
- Bu, Azərbaycanla yeni savaşa səbəb olacaq! – Ermənistan təcili göstəriş verdi
- Separatçı rejimin başçısından sərsəm açıqlamalar
