Pleyeri seçin:

Xaricdən köçürülən ermənilər niyə Basarkeçərə yerləşdirilib? | Qərbi Azərbaycan Xronikası

06 dekabr 2023 384 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində zaman-zaman erməni hiyləgərliyinin qurbanına çevrilən, əhalisinin milli tərkibi və kəndlərinin adı dəyişdirilən Basarkeçər rayonu haqqında süjet hazırlanıb.

“Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan” adlı süjetdə iki əsrə yaxındır Azərbaycana qarşı torpaq iddiasından əl çəkməyən, türk dünyasını soyqırımı törətməkdə suçlamağa çalışan ermənilərin daim tarixi saxtalaşdırmaq metodunu seçib, silah və terror gücü ilə “dənizdən-dənizə” cəfəngiyatının baş tutması üçün ilk növbədə əhalinin tərkibini dəyişdirməyi həmişə ön plana çəkdiyi vurğulanır.

Bildirilir ki, Göyçə mahalı ərazisində ən böyük rayon olan Basarkeçər 1930-cu il sentyabrın 9-da yaradılıb:

“1969-cu il iyunun 11-dək Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 kvadrat kilometr, əhalisi isə 70 mindən çox olub. Tarix boyu azərbaycanlıların yaşadığı bu torpaqlara ermənilər XIX əsrin birinci rübündə, yəni çar Rusiyasının Cənubi Qafqazı işğal edəndən sonra gəlib.

1828-1830-cu illərdə Çar Rusiyası Zaqafqaziyaya İrandan 40 min, Türkiyədən 84 min erməni köçürüb. Bunun nəticəsində 1873-cü ildə Basarkeçərdə 3145 erməni peyda olub və tədricən azərbaycanlıların sıxışdırılmasına başlanılıb.

Haylar 1918-1920-ci illərdə daim oğuz-türklərinə qarşı vəhşiliklər törədib, Basarkeçər rayonu ərazisinə hücum edib dinc əhalini amansızlıqla qətlə yetirib, 22 kəndi darmadağın edib, 8 kəndi yandırıblar. Nəticədə çox sayda azərbaycanlı yurdlarını tərk etməyə məcbur olub.

Diqqətə çatdırılır ki, 1931-ci ildə çar hökumətinin siyasətindən 100 il sonra Basarkeçərdə 12 662 erməni, 17 306 azərbaycanlı olub. 1948-1953-cü illərdə Basarkeçərdən azərbaycanlılar xaricdən köçürülən erməniləri Ermənistanda yerləşdirmək bəhanəsi ilə Azərbaycanın müxtəlif bölgələrinə köçürülüb.

Nəhayət “ağ genosid” siyasəti 1988-ci ilin oktyabrında da davam edib. Basarkeçərdən azərbaycanlılar zorla çıxarılıb və Azərbaycanın 31 bölgəsinə səpələnib.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 384 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 384 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 384 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 384 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 384 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 384 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 384 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 384 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 384 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 384 baxış
Seçilmişlər
icon