Cəmiyyət
Pleyeri seçin:
ADPU-dan tələbənin yüksək mərtəbədən yıxılmasına aydınlıq gətirildi
Azərbaycan Dövlət Pedoqoji Universitetində xoşagəlməz hadisə baş verib.
Belə ki, gənc oğlan riskli hərəkətlər edərkən tarazlığını itirərək yüksək mərtəbədən yıxılır. Bu görüntülər bir neçə gündür ki, sosial şəbəkələrdə yayılaraq xeyli müzakirələrə səbəb olub.
ADPU-nun sözçüsü Cavid Hüseynovun sözlərinə görə, tələbə sadəcə bir mərtəbə aşağı düşüb və hazırda vəziyyəti yaxşıdır.
Universitetdən o da bildirilib ki, tələbə bu hərəkətləri video çəkmək məqsədilə edib.
Kopyalandı
Seçilmişlər