Pleyeri seçin:

“Əlcəkdən iyrənirəm, ona görə də...” | Ev yeməkləri alanların diqqətinə

08 avqust 2025 465 baxış

Sosial şəbəkələrdə ev yeməyi, yaxud yarımfabrikat məhsulların satışı ilə özünə kiçik biznes quranların sayı hər ötən gün artır. Bu sahədə canlanma həm də ona görədir ki, əksər müştərilər bu cür evdə hazırlanan yeməklərin daha təbii olduğunu, həm də restoranlarla müqayisədə münasib qiymətə başa gəldiyini düşünürlər.

Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. Onların bu mövzuya münasibətləri fərqli olub.

“Sifariş etmişəm və razı qalmışam”, “Ehtiyacım olanda məcbur qalıb sifariş edirəm”, “Satıcılara güvənmədiyim üçün heç vaxt sifariş etməmişəm”, ‒ sakinlər söyləyiblər.

Bəs qida mütəxəssisləri necə düşünürlər? Sosial şəbəkələr vasitəsilə şəkilini görüb sifariş verdiyimiz ev yeməkləri sağlamlığımızda hər hansı fəsadlara yol aça bilərmi?

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, sözügedən qidaları hazırlayan şəxs vaxtlı-vaxtında tibbi nəzarətdən keçməli, eyni zamanda qidanı hazırlayarkən gigiyena normalarına əməl etməklə yanaşı, istifadə olunan alətlərin mütəmadi təmizlənmə prosesini həyata keçirməlidir:

“Əks halda çarpaz çirklənməyə məruz qalır ki, bu qidaları qəbul edən insanlarda mədə-bağırsaq sisteminin pozulması, immun sisteminin aşağı düşməsi kimi hallar baş verir”.

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən qeyd olunub ki, ev şəraitində bişirilən və dondurulan qidaların sosial şəbəkələrdə satışı yolverilməzdir:

“Satış həyata keçirən obyektlər mütləq Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçməlidir. Qida məhsulunu satış məqsədilə hazırlayan hər kəs artıq qida zəncirinin iştirakçısı sayılır və qeydiyyat zəruri olur. Lakin bir çox hallarda ev şəraitində bu fəaliyyət qeydiyyatsız aparılır.

Bu səbəbdən Agentlik istehlakçılara çağırış edir ki, qeydiyyatsız və sənədsiz qida subyektlərindən məhsul almasınlar. Xüsusilə sosial şəbəkələrdən qida alarkən istehsalçının qeydiyyat sənədlərini və sağlamlıq aktlarını tələb etsinlər”.

“Uşağı danlayır ki, nə gündə gəlmisən?!” | Saray sakinləri etiraz etdi - Baku TV

“Uşağı danlayır ki, nə gündə gəlmisən?!” | Saray sakinləri etiraz etdi - Baku TV

Cəmiyyət
27 iyul 2026 465 baxış
Güclü külək zamanı özümüzü necə qoruyaq? | FHN-dən əhaliyə xəbərdarlıq - Baku TV

Güclü külək zamanı özümüzü necə qoruyaq? | FHN-dən əhaliyə xəbərdarlıq - Baku TV

Cəmiyyət
27 iyul 2026 465 baxış
Bakı və Abşeron toz dumanına büründü | Bu cür hava şəraiti nə vaxta qədər davam edəcək? - Baku TV

Bakı və Abşeron toz dumanına büründü | Bu cür hava şəraiti nə vaxta qədər davam edəcək? - Baku TV

Cəmiyyət
27 iyul 2026 465 baxış
“Hamısı tökülür camaatın başına” | Binəqədi sakinləri təhlükə ilə üz-üzə - Baku TV

“Hamısı tökülür camaatın başına” | Binəqədi sakinləri təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
27 iyul 2026 465 baxış
"29 İMZA..." adlı bədii-sənədli film təqdim edildi - Baku TV

"29 İMZA..." adlı bədii-sənədli film təqdim edildi - Baku TV

Cəmiyyət
27 iyul 2026 465 baxış
"Qaniçən", yoxsa böyük sərkərdə? | Azərbaycanı birləşdirən Şah Qacarın cəsədi niyə 2 yerə bölündü?

"Qaniçən", yoxsa böyük sərkərdə? | Azərbaycanı birləşdirən Şah Qacarın cəsədi niyə 2 yerə bölündü?

Cəmiyyət
26 iyul 2026 465 baxış
"Uşaqda fərasətə bax!" | Şirkətləri aciz qoyan 18 yaşlı Zakir 100 mini necə ələ keçirdi? - XÜLASƏ

"Uşaqda fərasətə bax!" | Şirkətləri aciz qoyan 18 yaşlı Zakir 100 mini necə ələ keçirdi? - XÜLASƏ

Cəmiyyət
26 iyul 2026 465 baxış
Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb - Baku TV

Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb - Baku TV

Cəmiyyət
26 iyul 2026 465 baxış
Yayda toz, qışda palçıq | Cantəpə yolları sakinləri təngə gətirib - Baku TV

Yayda toz, qışda palçıq | Cantəpə yolları sakinləri təngə gətirib - Baku TV

Cəmiyyət
26 iyul 2026 465 baxış
Paytaxt və bölgələrdə sabaha gözlənilən hava şəraiti açıqlandı | Hava haqqında məlumat - Baku TV

Paytaxt və bölgələrdə sabaha gözlənilən hava şəraiti açıqlandı | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
26 iyul 2026 465 baxış
Seçilmişlər
icon