Pleyeri seçin:

Elman Paşayevin yaxınlarından sensasiya | Rəhbər şəxslər ondan nə istəyir?

17 sentyabr 2024 203 baxış

Neçə vaxtdır ki, Rusiya mediasında “Elman Paşayev” rüzgarı əsir.

Onun barəsində yayılan məlumatlardan asanlıqla bu qənaətə gəlmək olur ki, əslən azərbaycanlı olan və Rusiyanın məşhur vəkillərindən biri kimi tanınan Elman Paşayev israrlı şəkildə təqib olunur.

Bunu ilk növbədə həmvətənimizə qarşı irəli sürülən ittihamların predmetsiz olması sübut edir. Onu təqib edən, peşə fəaliyyətinə maneçilik törədən, həbs etdirmək istəyənlər nə qədər yüksək mənsəbli və güclü olsalar da, sona qədər məqsədlərinə çata bilmirlər.

Bu günlərdə Elman Paşayevlə bağlı daha bir qalmaqallı xəbər yayılıb. Bildirilir ki, o, müvəkkili və dostu, onunla birlikdə Rusiya Ordusunda döyüş xidməti keçən Aleksey Blinovskinin həyat yoldaşını vergidən yayınma ittihamlarından xilas etməyə, qadının vergi borclarını ödəməsi şərti ilə cəzasız qalmasına çalışıb. Ona görə də E.Paşayevin saxlandığı bildirilir.

Tanınmış hüquqşünasın yaxınları “Musavat.com”a bildiriblər ki, Elman Paşayevin bəzi yüksək mənsəbli şəxslərlə, konkret olaraq, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə problemi var və məhz bu şəxs öz səlahiyyətindən istifadə edərək onu təqib edir, dönüb-dönüb necəsə dolaşdırmağa çalışır.

Maraqlıdır ki, hazırda Rusiya-Ukrayna müharibəsində tank ekipajının komandiri kimi döyüşlərdə iştirak edən Paşayevi, necə deyərlər, “frontovik” olması da xilas etmir. Bundan əvvəl ən ağır cinayətlər törətmiş məhkumları belə müharibəyə gedəcəkləri təqdirdə azadlığa buraxan, məhkumluqlarını ləğv edən hakimiyyət orqanları hər hansı bir təqsiri sübut olunmayan, döyüşlərdə bir neçə dəfə yaralanmış hüquqşünas zabiti cəbhədən geri çağırır və həbs edir.

Yaxınlarının dediyinə görə, Elman Paşayev özünə, öz təqsirsizliyinə əmindir və təcrübəli hüquqşünas kimi özünü layiqincə müdafiə edəcək. Bildirilir ki, yaxın günlərdə yüksək səviyyədə onun günahsızlığı sübut olunacaq və həmvətənimiz azadlığa buraxılacaq.

Onu da qeyd edək ki, E.Paşayev iştirak etdiyi döyüşlərə görə Rusiya Federasiyası rəhbərliyi tərəfindən müxtəlif medallarla təltif edilib.

Kopyalandı
"İçəri girirsən ki..." | İncəsənət Gimnaziyasındakı vəziyyət valideynləri özündən çıxardı - Baku TV

"İçəri girirsən ki..." | İncəsənət Gimnaziyasındakı vəziyyət valideynləri özündən çıxardı - Baku TV

Cəmiyyət
11 dekabr 2025 203 baxış
Sürücülərin başına oyun açan nişan | Çətin görünən problemin asan həlli isə... - NECƏ OLMALIDIR?

Sürücülərin başına oyun açan nişan | Çətin görünən problemin asan həlli isə... - NECƏ OLMALIDIR?

Cəmiyyət
11 dekabr 2025 203 baxış
Kredit yükünü azaldan möhtəşəm kampaniya! | Birbank-dan Yeni il hədiyyəsi

Kredit yükünü azaldan möhtəşəm kampaniya! | Birbank-dan Yeni il hədiyyəsi

Cəmiyyət
11 dekabr 2025 203 baxış
“Deyir ki, buranın yiyəsi mənəm” | Sulutəpə sakinləri əlbəyaxa davaya çıxdı - Baku TV

“Deyir ki, buranın yiyəsi mənəm” | Sulutəpə sakinləri əlbəyaxa davaya çıxdı - Baku TV

Cəmiyyət
11 dekabr 2025 203 baxış
Şabranda sürüşmə davam edir | Əhali üçün təhlükəli vəziyyət - Baku TV

Şabranda sürüşmə davam edir | Əhali üçün təhlükəli vəziyyət - Baku TV

Cəmiyyət
11 dekabr 2025 203 baxış
Yeni ildə restoran qiymətlərinə sakinlərin reaksiyası | ”2 nəfərlik paket 1860 manat...” - Baku TV

Yeni ildə restoran qiymətlərinə sakinlərin reaksiyası | ”2 nəfərlik paket 1860 manat...” - Baku TV

Cəmiyyət
11 dekabr 2025 203 baxış
Yaşayış binalarında yanğın təhlükəsizliyi necə qorunur? | Ekspertlər nələri açıqladı? - Baku TV

Yaşayış binalarında yanğın təhlükəsizliyi necə qorunur? | Ekspertlər nələri açıqladı? - Baku TV

Cəmiyyət
11 dekabr 2025 203 baxış
Qardaşını öldürən şəxs məhkəmədə nələri etiraf etdi? - Baku TV

Qardaşını öldürən şəxs məhkəmədə nələri etiraf etdi? - Baku TV

Cəmiyyət
11 dekabr 2025 203 baxış
Ağzı açıq qalan lük, palçıqlı yollar | Problem nə zaman həll olunacaq? - Baku TV

Ağzı açıq qalan lük, palçıqlı yollar | Problem nə zaman həll olunacaq? - Baku TV

Cəmiyyət
11 dekabr 2025 203 baxış
Badamdar sakinlərinin yol problemi niyə həllini tapmır? - Baku TV

Badamdar sakinlərinin yol problemi niyə həllini tapmır? - Baku TV

Cəmiyyət
11 dekabr 2025 203 baxış
Seçilmişlər
icon