Pleyeri seçin:

Ən çox reklam izləyirik ? | TV-lərdə efir bölgüsü

21 dekabr 2023 420 baxış

Azərbaycanda ümumölkə yerüstü televiziya yayımında olan kanallarda 2023-cü ilin noyabr ayında informasiya və analitik proqramların xüsusi çəkisi ümumi payın 25 faizini təşkil edib.

Bu barədə Audiovizual Şuranın təqdim etdiyi televiziya proqramlarının janrlar üzrə bölgüsü və hər bir kanal üzrə ayrı-ayrılıqda statistikasında qeyd olunub.

Statistikaya əsasən, reklam və sponsor proqramları 16,6%, idman 15,3 %, musiqi və əyləncə janrında olan proqramlar 12,1%, mədəni-maarif janrında olan proqramlar 9,7%, sosialyönümlü proqramlar 5,7%, bədii filmlər 3,9%, anons və elanlar 3,4%, seriallar (xarici istisna olmaqla) 2%, sosial reklamlar 0,8%, cizgi filmləri və bədii filmlər (yerli istehsal) 0,6%, teleticarət xarakterli proqramlar 0,5%, uşaq proqramları 0,4% təşkil edib.

Ayrı-ayrı telekanalların statistikasına əsasən, Azərbaycan Dövlət Televiziyasında efirin əsas hissəsini informasiya və analitik proqramlar təşkil edib. Onların özəl çəkisi 43,8% təşkil edib. Dövlət televiziyasında reklam və sponsor təqdimatları 18,7%, mədəni-maarif janrında olan proqramlar isə 7,2%-dir.

“İctimai Televiziya”da da ümumi efirin əsas hissəsini 25,5 faizlə informasiya və analitik proqramları təşkil edib. Mədəni-maarif janrında olan proqramlar 21,9%, bədii filmlər (xarici istehsal) isə 8,3%-dir.

ATV-də musiqi və əyləncə janrında olan proqramlar üstünlük təşkil edib. Onlara ümumi efirin 18,5%-i ayrılıb. Bu kanalda reklam və sponsor təqdimatları 17,7%, sosialyönümlü proqramlar 15,5%-dir.

“Space TV”də reklam və sosial təqdimatlar efir vaxtının 20%-ni təşkil edir, musiqi və əyləncə proqramları 19,4%, sosialyönümlü proqramlar 18,5%-dir.

“Xəzər TV”də isə ən çox pay reklam və sponsor təqdimatlarıdır. Onların xüsusi çəkisi 20,1 faiz təşkil edib. Musiqi və əyləncə janrında olan proqramların payı 19,4%, informasiya və analitik proqramlar 15,9%, mədəni-maarif janrında olan proqramlar isə 10,5%-dir.

ARB televiziyasında 24%-lə musiqi və əyləncə janrında olan proqramlar daha çox paya sahibdir. Sosialyönümlü proqramlar 16,4%, informasiya və analitik proqramlar isə 12,9%-dir.

“Real TV” və “ARB24” telekanalları informasiya istehsalı üzrə ixtisaslaşdıqlarından efir vaxtının əsas hissəsi informasiya və analitik proqramlara ayrılıb, müvafiq olaraq 61,6% və 79,8%-dir.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 420 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 420 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 420 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 420 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 420 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 420 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 420 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 420 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 420 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 420 baxış
Seçilmişlər
icon