Pleyeri seçin:

Etibar Əliyev: Çingiz Abdullayevi heç oxumamışam

07 sentyabr 2023 518 baxış

“Sovetlərin süqutundan qabaq Çingiz Abdullayevin yazdığı detektiv janrında kitablar çox baha satılırdı”.

Bu fikirləri deputat Etibar Əliyev sosial şəbəkədəki səhifəsində yazıb. O bildirib ki, detektiv janrında olan kitabları daha çox əldən alıblar:

“Ceyms Xedli Çeyz, Erl Stenli Qardner, Reks Staut, Ross Makdonald, Robert Ladlem, Frederik Forsayt, Jorj Simenon, Aqata Kristi, Deşil Xemmetin kitabları 50-60 rubla satılırdı. Təxminən 10 ildən sonra bu kitablar 1-2 manata satıldı. İndi bunları heç alan yoxdur. Mən sadaladığım müəlliflərin yazdıqları detektiv əsərləri oxuduğuma görə Çingiz Abdullayevi oxumamışam. Detektiv əsərlər bir dəfədən artıq oxunulmur. Kitabxanaya da yük olur. 20 il bundan əvvəl 100-ə yaxın bu janrda yazılmış kitabları Bukinistə verdim. Detektiv əsər yazan yazıçının təfəkkürü, fikirləri, davranışı fəlsəfi və psixologiyası roman yazan yazıçılardan fərqli olur. Çox az hallarda detektiv əsərlər yazan yazıçıları müsahibə verən, danışan, qınayan, yol göstərən, tez-tez ədəbiyyatın, dilin problemlərindən danışmalarına rast gəlmişəm”.

Etibar Əliyev qeyd edib ki, bu janrda yazanlar məhdud oxucu dairəsi üçün yazıblar və pul qazanıblar: “Pul demişkən, Ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçılar haqqında kitab yazanda onların bioqrafiyalarını dərindən öyrəndim. Onların demək olar ki, hamısı mükafata düşən pulu xeyirxah məqsədlər üçün xərcləyiblər. Əsasən də gənc yazıçılara dəstək durublar. Norveç yazıçısı Selma Laqerleyf Nobeldən qazandığı vəsaiti rus-fin müharibəsində Finlandiyaya tank almaq üçün xərcləyib.

Çingiz müəllimi müdafiə edənlərdən biri yazır ki, onun əsərləri xaricdə 23 milyon tirajla satılıb. Birini bir dollardan hesablasaq, 23 milyon dollar edir. Bu vəsaitin 10 faizi gənclərin yaradıcılğını stimullaşdırmaq üçün xərclənsə, Çingiz müəllim xeyli rəğbət qazanmış olar. Yeri gəlmişkən, Çingiz Abdullayev "Azərbaycan dili və ədəbiyyatı" forumunda israrla söylədi ki, yazıçı kitablarının çapı üçün pul xərcləməməlidir. Dövlət bunu etməlidir. İstedadlı yazıçılar Aqşin Yenisey, Şərif Ağayar, Qismət Rüstəmov və başqalarının kitablarının çapına nəşriyyatlar, o cümlədən Çingiz Abdullayev də dəstək durmalıdır. O ki qaldı detektivə, bu janrda yazılmış əsərləri orta məktəblərin yuxarı sinif şagirdlərinə qadağan etmək lazımdır”.

Paytaxtda növbəti genişmiqyaslı təmizlik və abadlıq işləri görülüb - Baku TV

Paytaxtda növbəti genişmiqyaslı təmizlik və abadlıq işləri görülüb - Baku TV

Cəmiyyət
12 sentyabr 2026 518 baxış
"Övladımı həbsxanada dünyaya gətirdim" | "Həbsdən çıxandan sonra ərimdən ayrıldım" - ARZUNUN VAXTI

"Övladımı həbsxanada dünyaya gətirdim" | "Həbsdən çıxandan sonra ərimdən ayrıldım" - ARZUNUN VAXTI

Cəmiyyət
12 sentyabr 2026 518 baxış
Diplomatik korpusun nümayəndələri festivalda iştirak edib - Baku TV

Diplomatik korpusun nümayəndələri festivalda iştirak edib - Baku TV

Cəmiyyət
12 sentyabr 2026 518 baxış
Bu əlamətlər varsa, diqqətli olun | Geyimlər niyə dəridə iz qoyur? - Baku TV

Bu əlamətlər varsa, diqqətli olun | Geyimlər niyə dəridə iz qoyur? - Baku TV

Cəmiyyət
12 sentyabr 2026 518 baxış
Tbilisidə kitab təqdimatı | Azərbaycanlı müəllimlərə həsr edilmiş kitab işıq üzü gördü - Baku TV

Tbilisidə kitab təqdimatı | Azərbaycanlı müəllimlərə həsr edilmiş kitab işıq üzü gördü - Baku TV

Cəmiyyət
12 sentyabr 2026 518 baxış
Əhalinin nəzərinə | Hava şəraiti işinizi çətinləşdirəcək? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hava şəraiti işinizi çətinləşdirəcək? - Baku TV CANLI

Cəmiyyət
12 sentyabr 2026 518 baxış
"İçməli suya qarışır" | Mehdiabad sakinləri niyə belə yaşamağa məcbur qalıb? - Baku TV

"İçməli suya qarışır" | Mehdiabad sakinləri niyə belə yaşamağa məcbur qalıb? - Baku TV

Cəmiyyət
12 sentyabr 2026 518 baxış
Sakinlər zibillərini atmağa yer tapa bilmirlər

Sakinlər zibillərini atmağa yer tapa bilmirlər

Cəmiyyət
12 sentyabr 2026 518 baxış
Bu avtomobillər gözləntiləri üstələyəcək | GAC Smilodon və S9 Azərbaycanda - Baku TV

Bu avtomobillər gözləntiləri üstələyəcək | GAC Smilodon və S9 Azərbaycanda - Baku TV

Cəmiyyət
12 sentyabr 2026 518 baxış
"Millət batır, əncam çəkin" | Kanalizasiya boruları partladı, əhali çətin durumda qaldı - Baku TV

"Millət batır, əncam çəkin" | Kanalizasiya boruları partladı, əhali çətin durumda qaldı - Baku TV

Cəmiyyət
12 sentyabr 2026 518 baxış
Seçilmişlər
icon