“Əvvəl 50 ödəyirdilərsə...” | Taksi sürücüləri nə qədər sığorta haqqı ödəməli olacaq? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verildiyi kimi, Azərbaycanda taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə görə icbari sığorta haqlarına xüsusi əmsalların tətbiqinə başlanılıb.
Mərkəzi Bankın bununla bağlı yaydığı məlumatda deyilir ki, aparılan təhlillər şəxsi avtomobillərlə müqayisədə taksi avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərib. Bu da taksi fəaliyyətində istifadə olunan avtomobillərə xüsusi əmsalın tətbiq edilməsini zəruri edib.
Sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov deyir ki, taksidə istifadə olunan avtomobillərin mühərrikinin həcmi kiçik olduğundan onlar üzrə sığorta haqlarının məbləği aşağı idi.
“Sığorta hadisələrinin baş verməsində taksi xidməti göstərən avtomobillərin payı çox olduğuna görə sığorta şirkətləri böyük məbləğdə ödənişlər etmək məcburiyyətində qalırdı. Bundan sonra taksi xidməti göstərən avtomobillər hadisə törətdikdə onların icbari sığorta haqqı bonus-malus sistemi üzrə 300 manat və daha çox ola bilər”, – deyə o, sözlərinə əlavə edib.
#Taksi fəaliyyəti teqi istifadə olunub
- Ayıq sürücü qəza törədərsə, məsuliyyət kimin üzərinə düşür? | Ekspertlər danışdı - Baku TV
- "Komfort istəməsə, avtobusa minər də" | Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - Baku TV
- “Yaxşı edib ədəbsiz danışıram” | Taksi sürücüsü və sərnişin arasında dava - Baku TV
- Tələbatlarını ödəmək üçün gəlirlər | Tanımadığımız adama niyə dərdimizi danışırıq? - Baku TV
- Taksidə pəncərəni icazəsiz açmaq qadağandır? - "Maşın onundur, necə istəsə, elə də edər!" - Baku TV
