Pleyeri seçin:

"Komfort istəməsə, avtobusa minər də" | Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - Baku TV

28 avqust 2026 37 baxış

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Belə ki, görüntülərdə sərnişin taksi sürücüsündən kondisioneri qoşmasını istəyir. Sürücü isə kondisionerli avtomobillə getmək istəyən sərnişinə komfort və ya biznes sinif sifariş etməyi tövsiyə edir.

Bəs sərnişinlər taksi sifariş edərkən təqdim olunan xidmətlərə ayrıca diqqət etməlidirlərmi? Ekonom sinifdə sifariş edilən avtomobildə kondisionerin qoşulmamasının hər hansı qanuni əsası varmı?

Baku TV paytaxt sakinlərinin məsələyə münasibətini öyrənib. Bəzi vətəndaşlar kondisionerin avtomobilin sinfindən asılı olmayaraq işlək vəziyyətdə saxlanılmalı olduğunu düşünür. Digərləri isə ekonom və komfort tarifləri arasında fərq olduğunu bildirirlər.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, qanunvericiliyə əsasən, sərnişin daşınmasında istifadə olunan nəqliyyat vasitələri soyutma və isitmə sistemi ilə təchiz edilməlidir. Bu sistemlər yalnız avtomobildə mövcud olmamalı, həm də işlək vəziyyətdə saxlanılmalıdır. Bu tələb taksilərdə avtomobilin hansı sinfə aid olmasından asılı deyil. Kondisioner mövcuddursa, yay mövsümündə işlək vəziyyətdə olmalıdır. Sürücünün kondisioneri qoşmaq üçün sərnişindən əlavə ödəniş tələb etməsi isə qanunsuzdur.

“Belə hal baş verdikdə sərnişin taksi sifarişi operatoruna, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, eləcə də istehlakçı hüquqlarının pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilər”, – deyə ekspert əlavə edib.

Baku TV məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən bir neçə taksi sifarişi operatoruna da sorğu ünvanlayıb.

Bildirilib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitələri salonun soyudulması və isidilməsi funksiyalarına malik tam havalandırma sistemi ilə təchiz edilməlidir. Bununla yanaşı, salondakı temperatur hava şəraiti və səfər zamanı komfortlu şərait nəzərə alınmaqla tənzimlənir. 

Vətəndaşları narahat edən mövzu | "Şeytan çarxı" bu havada risklidir? - Baku TV

Vətəndaşları narahat edən mövzu | "Şeytan çarxı" bu havada risklidir? - Baku TV

Cəmiyyət
28 avqust 2026 37 baxış
“AID Group” işində istintaq prokurorluğa həvalə edildi

“AID Group” işində istintaq prokurorluğa həvalə edildi

Cəmiyyət
28 avqust 2026 37 baxış
Bura niyə paytaxtın ən riskli kəsişmələrindən birinə çevrilib? - NECƏ OLMALIDIR?

Bura niyə paytaxtın ən riskli kəsişmələrindən birinə çevrilib? - NECƏ OLMALIDIR?

Cəmiyyət
28 avqust 2026 37 baxış
“AID Group” rəhbərinə ağır ittihamlar

“AID Group” rəhbərinə ağır ittihamlar

Cəmiyyət
28 avqust 2026 37 baxış
"5 manatlıq yola 25 azn istəyir" | Sakinləri boğaza yığan problem niyə həll edilmir? - Baku TV

"5 manatlıq yola 25 azn istəyir" | Sakinləri boğaza yığan problem niyə həll edilmir? - Baku TV

Cəmiyyət
28 avqust 2026 37 baxış
"Mikrob keçib bizə, deyirlər ki..." | Sabunçu Tibb Mərkəzi ilə bağlı sensasiyalı iddia - Baku TV

"Mikrob keçib bizə, deyirlər ki..." | Sabunçu Tibb Mərkəzi ilə bağlı sensasiyalı iddia - Baku TV

Cəmiyyət
28 avqust 2026 37 baxış
"Bunu müştəriyə necə verək?!" | Kuryerlər təngə gəldi | "McDonald's" deyir ki, belədir!" - Baku TV

"Bunu müştəriyə necə verək?!" | Kuryerlər təngə gəldi | "McDonald's" deyir ki, belədir!" - Baku TV

Cəmiyyət
28 avqust 2026 37 baxış
Kirayə ev axtaranları hansı yollarla tələyə salırlar? - Baku TV CANLI

Kirayə ev axtaranları hansı yollarla tələyə salırlar? - Baku TV CANLI

Cəmiyyət
28 avqust 2026 37 baxış
"AID Group"la bağlı qalmaqallı araşdırma yenidən gündəmdə | Yeni iddialar səsləndirilir - Baku TV

"AID Group"la bağlı qalmaqallı araşdırma yenidən gündəmdə | Yeni iddialar səsləndirilir - Baku TV

Cəmiyyət
28 avqust 2026 37 baxış
"McDonalds" və kuryerlər arasında qarşıdurma | Qablaşdırma pulunu kim ödəməlidir? - Baku TV CANLI

"McDonalds" və kuryerlər arasında qarşıdurma | Qablaşdırma pulunu kim ödəməlidir? - Baku TV CANLI

Cəmiyyət
28 avqust 2026 37 baxış
Seçilmişlər
icon