Hər zaman uğurlara imza atan "Global Media Group"un 7 yaşı tamam oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın ən böyük media holdinqlərindən biri olan “Global Media Group” 7 illiyini qeyd edir.
Bu illər ərzində bir çox yeniliklərə imza atan, yaradıcı layihələr təqdim edən “Global Media Group” hər zaman keyfiyyətli, doğru məzmun çatdırmağı özünə prioritet seçib.
2017-ci ildən fəaliyyət göstərən şirkətlər qrupuna Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.
Qeyd edək ki, holdinqin tərkibinə daxil olan “Report” İnformasiya Agentliyi, “Oxu.Az” xəbər saytı, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti keyfiyyətin idarə edilməsindən, ətraf mühitin və əməyin mühafizəsinə qədər bütün aspektləri əhatə edən İSO üzrə sertifikatlara layiq görülüb.
#Global Media Group teqi istifadə olunub
- "Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV
- ”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV
- “Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
- "Haber Global"ın səkkiz yaşı tamam olur - Baku TV
- Şəhid Əkrəm Şadmanovun həyatından bəhs edən "Vətən daşı" filmi təqdim olundu - Baku TV
