Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi
Gəncə şəhərinin Cavadxan qəsəbəsində böyük bir ərazi zibilliyə çevrilib.
Sakinlər deyir ki, qəsəbəyə zibil qutuları qoyulmadığı və tullantılar daşınmadığı üçün vəziyyət bu həddə çatıb.
Onların sözlərinə görə, əraziyə tullantılar əsasən gecə saatlarında kənar yerlərdən maşınla gətirilərək atılır. Sakinlər ərazidə bir neçə dəfə təmizlik işləri aparılsa da, problemin uzun müddətdir ki, birdəfəlik həll olunmadığını bildirirlər.
“Qəsəbə sakinləri yığışıb ərazini təmizlədik. Gecə yenə gəlib zibil tökürlər”, – sakin söyləyib.
Bundan əlavə, tullantıların ətrafına toplaşan sahibsiz itlər də sakinlərin narahatlığına səbəb olur.
Məsələ ilə əlaqədar Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mətbuat Xidmətindən isə bildirilir ki, sözügedən ərazi şəxsi mülkiyyətdə olduğundan ora nəzarət səlahiyyəti də yerin sahibinə aiddir. Qurumun həmin əraziyə mütəmadi daxil olmaq və xidmət aparmaq hüququ yoxdur.
#Gəncə teqi istifadə olunub
- "Bu küçə qan çanağı olub!" | Sakinlər dəhşət içində | "Hamımız xəstəlik tutmuşuq" - Baku TV
- Tez-tez qəzaların baş verdiyi ərazidə tədbir görülmür? - Baku TV CANLI
- Oğul anasını 5 bıçaqla qətlə yetirdi? - “Tez-tez vururdu, içəridən səs gəldi ki...” - Baku TV
- "Bağlayıb, əlində bıçaqla mağazadan qaçıb" | Gəncədə qandonduran hadisə - Baku TV
- "Gecə cumur, heç kim yaxın durmur" | Əhalinin əsəbi tarıma çəkildi: "Ayaqaltında qalmışıq" - Baku TV
