Naxçıvanda narkotik vasitələr yandırıldı | Prokurorluqdan açıqlama
Naxçıvan Muxtar Respublikasının ərazisində külli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyanın üzvləri və media nümayəndələrinin iştirakı ilə Naxçıvan şəhərində yerləşən xüsusi məkanda məhvetmə aksiyası həyata keçirilib.
Aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikası Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 55 cinayət işi üzrə ümumilikdə 1 432 kq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.
Qeyd edək ki, 2022-ci ilin iyul ayından 2024-cü ilin sonunadək Muxtar Respublikada müsadirə edilmiş narkotik vasitələr yandırılıb.
#Naxçıvan Muxtar Respublikası teqi istifadə olunub
- Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı
- “Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV
- Ölkənin müxtəlif bölgələrində qəhrəmanların xatirəsi ehtiramla yad edildi - Baku TV
- Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV
- Körpəni öldürdü, meyiti tualetin quyusuna atdı | Naxçıvanda dəhşətli cinayət - 24 SAAT
