Pleyeri seçin:

“Nə maaş vermək fikirləri var, nə də...” | İşçilər niyə çıxılmaz duruma salınıb? - Baku TV

28 may 2026 507 baxış

Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 41 ünvanında yerləşən “Baku Tower” adlanan binada təmir-tikinti işlərini icra edən 80-ə yaxın işçi 3 aya yaxındır ki, əməkhaqlarını ala bilmirlər.

Məlumata görə, işçilər aidiyyəti qurumlara müraciət etsələr də, hələlik bir nəticə əldə olunmayıb.

Şikayətçilərdən biri qanuni əmək müqaviləsi ilə çalışdıqlarını bildirsə də, işçilərin böyük əksəriyyətinin əsassız yerə işdən çıxarıldığını, onlara nə kompensasiya, nə də qalan maaşların ödənildiyini vurğulayıb.

Məsələyə münasibət bildirən subpodratçı “Santex-Servis” MMC-nin rəhbəri Rauf Hidayətov isə gecikmənin sifarişçi şirkətdə yaranan problemlərlə bağlı olduğunu qeyd edib:

“Sənədləşmə prosesi artıq başa çatıb. Qarşı tərəf yaxın günlərdə tam ödəniş edəcəyinə söz verib. Vəsait köçürülən kimi işçilərin maaşları tam ödəniləcək”.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirilib ki, quruma “Santex-Servis” MMC-də əmək hüquqlarının pozulması ilə bağlı daxil olan müraciətlər əsasında araşdırma aparılır. Araşdırma zamanı qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilərsə, işəgötürən barəsində qanunauyğun tədbirlər görüləcək.

Banner
Media və Yayım Şurasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib - Baku TV

Media və Yayım Şurasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 507 baxış
"Camaatın 90 %-i kələm əkir" | Qusarda fermerlərin kələmin satış qiymətlərindən narazılığı - Baku TV

"Camaatın 90 %-i kələm əkir" | Qusarda fermerlərin kələmin satış qiymətlərindən narazılığı - Baku TV

Cəmiyyət
05 noyabr 2026 507 baxış
Dövlət və özəl təhsil müəssisələri arasındakı fərqlər

Dövlət və özəl təhsil müəssisələri arasındakı fərqlər

Cəmiyyət
05 noyabr 2026 507 baxış
“Maşınını, telefonunu göstərirsən, bundan bizə nə?!” - Dində və cəmiyyətdə uğur anlayışı fərqlidir?

“Maşınını, telefonunu göstərirsən, bundan bizə nə?!” - Dində və cəmiyyətdə uğur anlayışı fərqlidir?

Cəmiyyət
05 noyabr 2026 507 baxış
Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - "Uşaqlarıma "miqrant" deyirlər" - Baku TV

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - "Uşaqlarıma "miqrant" deyirlər" - Baku TV

Cəmiyyət
05 noyabr 2026 507 baxış
Bahalı məktəb şagirdə nə verir: keyfiyyətli təhsil, yoxsa əlavə xidmət? - Baku TV

Bahalı məktəb şagirdə nə verir: keyfiyyətli təhsil, yoxsa əlavə xidmət? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 507 baxış
Xatirə bulağından əsər-əlamət qalmayıb | Şəhid bulağı niyə baxımsız qalıb? - Baku TV

Xatirə bulağından əsər-əlamət qalmayıb | Şəhid bulağı niyə baxımsız qalıb? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 507 baxış
5 ayda 101 küçə təmiri, 5 yenidən inşa olunan körpü - Bakının yol infrastrukturu yenilənir - Baku TV

5 ayda 101 küçə təmiri, 5 yenidən inşa olunan körpü - Bakının yol infrastrukturu yenilənir - Baku TV

Cəmiyyət
05 noyabr 2026 507 baxış
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 507 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 507 baxış
Seçilmişlər
icon