Pleyeri seçin:

Nəzarətsiz qalan kanalizasiya quyuları ölümə səbəb olur

30 iyun 2023 517 baxış

Mingəçevirdə baş verən bu hadisədə velosipedlə hərəkət edən şəxs mühafizə olunmayan kanalizasiya quyusuna düşüb və qarnına dəmir parçasının batması nəticəsində həyatını itirib. Amma Bülbülədə baş verən analoji hadisədə xoşbəxtlikdən velosipedçi müxtəlif xəsarətlər alsa da, ölümün cəngindən xilas ola bilib. Faciə ilə nəticələnən, lakin həlli sadə olan bu problemə niyə diqqət ayrılmır?

“Azərsu”nun sözçüsü Anar Cəbrayıllı bildirib ki, bu, daha çox baxış quyularının qapaqlarının oğurlanaraq metal qəbulu məntəqələrinə verilməsilə izah olunur:

“Bu hala həm Bakıətrafı ərazilərdə, mərkəzi küçələrdə, eləcə də avtomobil yollarının hərəkət hissələrində rast gəlinir. İcra hakimiyyəti və polislə birlikdə bu halların qarşısını almaq üçün tədbirlər görürük. Son zamanlar “Azərsu” tərəfindən istehsal edilən və quraşdırılan kanalizasiya qapaqlarını oğurlamaq mümkün deyil, çünki onlar baxış quyusuna birləşik vəziyyətdə olur”.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə isə kanalizasiya quyuları sıradan çıxıbsa, oğurlanıbsa, həmin yerdə xəbərdaredici lövhə qoyulmalı, baryerə alınmalıdır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, kanalizasiya qapaqlarının, suötürücü qurğuların barmaqlıqlarının oğurlanması faktları ilə əlaqədar mütəmadi tədbirlər keçirilir. Təkcə bu il hüquq-mühafizə orqanlarına məlum məsələ ilə bağlı 18 müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən o da bildirilib ki, dəmir konstruksiyaları satış məntəqələrinə təqdim edənlər və onları alanlarla bağlı araşdırmalar aparılır.

Banner
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 517 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 517 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 517 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 517 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 517 baxış
“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

Cəmiyyət
03 noyabr 2026 517 baxış
“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 517 baxış
Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 517 baxış
"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

Cəmiyyət
03 noyabr 2026 517 baxış
"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

Cəmiyyət
03 noyabr 2026 517 baxış
Seçilmişlər
icon