Pleyeri seçin:
Qazimiz Cavid Əliyev Minnesota Universitetində təhsil alacaq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2022-2026 Dövlət Proqramına ilkin siyahı üzrə qəbul olunan 134 nəfər gənc arasında Vətən müharibəsinin qazisi Cavid Əliyev də var.
Bununla bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Cavid Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.
“Cavid Əliyev ABŞ-nin Minnesota Universitetinin Təchizat zəncirinin idarəolunması ixtisasına magistratura səviyyəsinə qəbul olunub. O həm də 2007-2015-ci illər Dövlət Proqramı çərçivəsində Koreyanın KAİST Universitetində Elekrtik mühəndisliyi və Texnologiya menecmenti ixtisasları üzrə 2 magistratura bitirib”, – deyə Nazirliyinin rəsmisi bildirib.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
