"Ağılsızlığımdan ərimdən ayrılıb, müğənni olmuşdum" | ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
Bir vaxtların tanınmış müğənnisi Züleyxa Rəhimova kimsəsiz vəziyyətdə yaşayır.
Bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib. Dövrünün məşhur simaları ilə eyni səhnədə yer alan müğənni həyat yoldaşından boşandıqdan sonra sənətə başladığını deyib: “18 yaşımda ayrıldım. Oğlumun iki yaşı var idi. Oxumaqla, işləməklə məşğul oldum. Daha sonra ailə qurmadım”.
Züleyxa xanımın sözlərinə görə, vaxtında oğluna və nəvələrinə yetərincə maddi dəstək olsa da, indi onların köməyindən məhrumdur. Elə ona verilən evi də oğluna pul lazım olduğu üçün satıb. “Oğlum Lənkəranda olur. Mənə dedilər ki, rəhmətə gedib. Amma sonra öyrəndim ki, yalandır”, – deyə o söyləyib.
Birotaqlı, şəraitsiz evdə yaşayan kimsəsiz qadının hazırda köməyə ehtiyacı var.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- “Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi
- "Qəlbimdə çox sevdiyim biri var, amma yanıma gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI
- "Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"
- Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı
- Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”
