"Haber Global"dan rekord nəticə: 2 milyonu keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yarandığı ilk gündən Türkiyəyə və dünyaya ən sürətli şəkildə doğru məlumatları çatdıran “Haber Global”ın “YouTube” hesabı Avropanın köklü xəbər kanallarını geridə qoyaraq 2 milyon abunəçiyə çatıb.
“Haber Global” son bir ildə 1 milyard 125 milyon baxışla “YouTube” xəbər kanalları arasında Avropada birinci olub. Türkiyə ilə yanaşı, “Haber Global” “Youtube” kanalını ən çox izləyən ölkələr sırası ilə Azərbaycan, Almaniya, Rusiya, Fransa və Niderland olub.
Qeyd edək ki, “Haber Global”ın “YouTube” hesabı 4 oktyabr 2018-ci ildə yaranıb. Media qurumu bununla ölkədə və dünyada baş verən ən vacib hadisələri həm də sosial şəbəkə vasitəsilə izləyicilərinə çatdırır. “Haber Global” 44 günlük Vətən müharibəsində də Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırıb.
#Haber Global teqi istifadə olunub
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- "Haber Global"dan Bakıda Türkiyənin Respublika Gününə həsr olunan mərasim barədə süjet - Baku TV
- Azərbaycan Prezidentindən Türkiyə liderinə 29 Oktyabr təbriki - Baku TV
- Prezident İlham Əliyevin Ərdoğana təbrik məktubu "Haber Global"ın gündəmində - Baku TV
- “Kiminsə bizə nəsə diktə edə biləcəyi barədə fikirlər...” | Prezidentin mesajları “Haber Global”da
