"Hər yeri abadlaşdırırlar, bura yaddan çıxıb" | "Nəbatat" bağında ürəkbulandıran mənzərə
Binəqədi rayonu ərazisində yerləşən, sakinlərin “Nəbatat” parkı adlandırdığı istirahət məkanı illərdir ki, baxımsız vəziyyətdədir.
Park ərazisindəki gölü qamışlıq basıb, fontan isə yox vəziyyətindədir. Ərazidə insanların oturmağı üçün nə oturacaq var, nə də uşaqlar üçün oyun zonaları.
Sakinlər deyirlər ki, illərdir parka yiyə duran, buranı abadlaşdıran yoxdur.
“Hər yerdə abadlaşdırma işləri görülür, amma bu park yaddan çıxıb. 10 ildir Binəqədidə yaşayıram. Məndən əvvəl burada yaşayanlar deyirlər ki, əvvəllər parkda fontan, göl, uşaqlar üçün isə qayıq olub. Sonralar bunların hamısı ləğv edilib”, – sakinlərdən biri deyib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, hazırda həmin parkla bağlı yenidənqurma işlərinin görülməsi nəzərdə tutulmayıb. Lakin gələcəkdə bu məsələyə baxıla bilər.
#Baxımsız park teqi istifadə olunub
- Park, ya xarabalıq? | "Burada yaşamıram, qonağam" | 15 illik parkın acınacaqlı sonu - Baku TV
- "Böyük narazılıq var" | Bu parkı görənlər gözlərinə inanmaq istəmir - Baku TV
- İstirahət parkı baxımsız vəziyyətdə qalıb | Qurumdan vəziyyətlə bağlı açıqlama - Baku TV
- Şüvəlanda dərdi də, təmiri də bitməyən park | Uşaqların həyatı təhlükədə qalıb
